ManşetSiyasət

Arman Yeqoyan: “Azərbaycan Ordusu sovetin çəkdiyi sərhəddə dayanıb”

“Ermənistan və Azərbaycan qoşunları keçmiş sovet hökumətinin Azərbaycan və Ermənistan üçün çəkdiyi sərhəddə dayanıblar. Bundan başqa, 1990-cı illərdən Tavuş və Geqarkunik istiqamətindəqoşunlar landşaftın diktə eydiyi vəziyyətdə üz-üzədirlər”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri “Vətəndaş Sazişi” Partiyasının Ermənistan parlamentindəki üzvü Arman Yeqoyan deyib.

Deputat deyib ki, indiyə qədər sərhəddə dəfələrlə toqquşma olub və hər dəfəsində tərəflər itki verərək, geri çəkiliblər. «Bütün sərhədboyu zaman-zaman atışmalar, toqquşmalar olur. 30 il əvvəl bizim sərhəddimizdə sakitçilik deyildi. Elə indi də sakitçilik deyil. 1994-cü ildən sonrakı dövrü sülh dövrü kimi təqdim edirlər. Halbuki indiyə qədər Ermənistan sərhəddində 2500 nəfər əsgərimizi itirmişik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button