GündəmManşet

Armen Aşotyan: “Hazırda dəhlizi Azərbaycan, yoxsa Rusiyanın qoruyacağı məsələsi müzakirə olunur”

“10 noyabrda imzalanmış sənəddə konkret olaraq dəhliz ifadəsi qeyd edilib”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan deyib.

O deyib ki, həmin bəyanatın 9-cu bəndində qeyd olunur ki, Azərbaycanla Naxçıvanı birləşdirəcək nəqliyyat marşrutu açılacaq və onu rus sərhədçiləri qoruyacaqlar. “Bu o deməkdir ki, Ermənistan öz suverenliyini güzəştə gedib. Hakimiyyət “koridor olmayacaq” deyir, əslində, sizi aldadırlar. Koridor bütün hallarda olacaq. Problem odur ki, hazırda müzakirə mövzusu həmin dəhlizi kimin qoruyacağıdır: Azərbaycan, yoxsa rus əsgəri? Qalanı hamısı boş şeydir”.

Aşotyan Ermənistan Təhlükəsizlik Şurasının katibi Aremen Qriqoryanın “Əgər dəhlizin açılması üçün gücdən istifadə edərlərsə, ordumuzla müqavimət göstərəcəyik” fikrinə də münasibət bildirib. Daha doğrusu, ERP-nin sədr müavini erməni hökumətini ələ salıb: “Uşaqlar, əgər sizin nəzarətinizdə olan ordu istənilən aqressiyanın qarşısını almaq gücündədirsə, bəs, niyə Qaragöldə, Sotk-Xoznavardakı bir neçə yüz Azərbaycan əsgərini çıxara bilmirsiz? Sizin deməyinizdən belə çıxır ki, biz Azərbaycan Ordusunu öz ərazimizdən çıxara bilmirik, amma onların hücumlarına cavab vermək gücümüz var? Sizi dəli kimi qəbul edirlər. Artıq dəli olduqlarını qəbul ediblər, indi isə dığırlanmaqdadırlar. Onlar səbr kasanızın nə vaxt daşacağını hesablayırlar. Ona görə də, biz hamımız ayağa qalxıb, bu sürüləri öz yerlərində oturtmalıyıq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button