ManşetÖlkə içi

Artak Zakaryan: “Dəhliz açılmasa, müharibə qaçılmazdır”

“Qlobal geosiyasi oyunda “Zəngəzur dəhlizi” adlanan yol əslində, Rusiya-İran, eləcə də Hind-Çin maraqlarının kəskin qarşıdurması deməkdir. Nikol nə qədər söz versə də, bunun reallaşacağı sual altındadır. Çünki məlum qarşıdurmaya qarşı çıxan Türkiyə tərəfi yolun açılmasında maraqlıdır”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Ermənistan Respublika Partiyasının funksioneri Artak Zakaryan deyib.

O iddia edib ki, Sünik üzərindən keçən heç bir dəhliz olmayacaq. “Nikol yaxşı bilir ki, əgər dəhliz məsələsi həll olunmasa, müharibə qaçılmaz olacaq. Çünki Paşinyanın xaricdəki “sahibləri”nin bir hissəsi dəhlizin açılmasını tələb edir, digər hissəsi isə bunu müzakirə etməyi qadağan edib”.

Zakaryanın sözlərinə görə, Ermənistan hazırda seçim qarşısındadır. “Ya yeni müharibə, ya da hakimiyyət dəyişikliyi. Bu gün hakimiyyət dəyişikliyi məqsəd deyil. Ona görə ki, bu, dövlətçiliyin davam edən süqutunu dayandırmaq, ölkəni yeni geosiyasi sarsıntılar altına salmaq yoludur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button