ManşetSiyasət

Azərbaycan-Ermənistan sərhəddinə də rus ordusu gətirilir: Putin açıqladı

“Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələr göstərdi ki, regionda vəziyyət hələ tam sakitləşməyib. Belə bir şəraitdə münaqişənin nizamlanması üçün Rusiya diplomatiyasının rolu artmalıdır”. JAMAZ.İNFO xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

O xatırladıb ki, bir il əvvəl Rusiyanın fəal vasitəçilik səyləri sayəsində Dağlıq Qarabağda münaqişə dayandırılıb. “Lakin Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələr göstərdi ki, regionda vəziyyət hələ tam sakitləşməyib. Sabitliyi təmin etmək üçün atəşkəs və mülki əhalinin təhlükəsizliyinin təminatçısı kimi Rusiya sülhməramlı kontingentinin səylərinə böyük tələbat var”.

O qeyd edib ki, bu zaman Rusiya diplomatiyasının üzərinə əlavə məsuliyyət düşür. “Şübhəsiz ki, Azərbaycan və Ermənistan arasında mübahisələrin həlli istiqamətində səylərin davam etdirilməsində Rusiya diplomatiyasının rolu artmalıdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button