CəmiyyətManşet

Azərbaycan hərbçiləri Qara göldə iki erməni əsgəri saxlayıb

Bir neçə gün əvvəl Qara göl yaxınlığında Ermənistan silahlı qüvvələrinin iki hərbçisinin itkin düşməsi barədə xəbər yayılmışdı. JAMAZ.İNFO xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi Kəlbəcər istiqamətindəki hərbi hissələrdən birində qulluq edən Artur Nalbandyan və Aramis Torozyanın dumanlı hava şəraiti səbəbindən azaraq, itkin düşdüklərini bəyan etmişdi.

Bu gün məlum olub ki, Nalbandyan və Torozyan qeyri-qanuni olaraq Azərbaycan ərazilərinə keçiblər və bununla da dövlət sərhəddini pozublar. Məlumata görə, hər iki erməni əsgər Ordumuzun hərbçiləri tərəfindən saxlanılıblar.

Məlumata görə, erməni tərəfi hər iki hərbçini geri almaq üçün rus sülhməramlılarının vasitəçiliyi ilə Azərbaycan tərəfi ilə danışıqlar aparır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button