GündəmManşet

Azərbaycan Ordusu 1200 hektar ərazini işğaldan azad edib

Xəbər verildiyi kimi, Azərbaycan Ordusu 24 mart tarixindən etibarən Qarabağda mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi prosesinə start verib. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatdan məlum olur ki, həmin dəqiqləşdirmə nəticəsində Xocalı rayonunun Fərrux kəndi, onun ətrafında yerləşən Daşbaşı yüksəkliyi və Fərrux dağı erməni işğalçılarından təmizlənib.

JAMAZ.İNFO xəbər verir ki, erməni tərəfi mövqe dəqiqləşdirilməsi nəticəsində işğaldan azad olunmuş ərazilərimizlə bağlı bəzi fikirlər səsləndiriblər. Ermənistan parlameninin deputatı Tiqran Abramyan bildirib ki, 24 martdan bəri Azərbaycan Ordusu mövqelərini xeyli rəli çəkib. Onun sözlərinə görə, Qarabağda son hadisələr nəticəsində işğaldan azad olunan ərazilərin ümumi sahəsi 1100-1200 hektar təşkil edir.

Abramyan bildirir ki, məsələ təkcə ərazi ilə bağlı deyil. O qeyd edir ki, hazırda Azərbaycan Ordusunun yerləşdiyi yüksəkliklər bütün Qarabağı nəzarətdə saxlmağa imkan verir. “Fərrux dağı və Daşbaşı yüksəkliyi özünün strateji əhəmiyyətində görə, çox mühümdür. Bu yüksəkliklərdən Qarabağda hərəkət edən istənilən texnikanı görmək mümkündür. Əgər sabah müharibə olarsa, Qarabağdakı erməni hərbi birləşmələri Xankəndidən heç bir məntəqəyə bir ədəd patron belə göndərə bilməyəcək. Azərbaycan tərəfinin israrlı və qərarlı şəkildə məhz bu yüksəkliklər üçün hərəkətə keçməsi də həmin təminat yollarına və bütünlüklə Qarabağa nəzarət etmək məqsədi daşıyıb”.

Qeyd edək ki, Qarabağda mənzillənmiş separatçılar Ddaşbaşı və Fərrux yükəskliklərinin Azərbaycan Ordusu tərəfindən nəzarətə alınmasından çox narahatdırlar. Hətta bəzi erməni ekspertlər bildirir ki, bu Qqarabağdakı erməni separatçılarının sonu deməkdir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button