GündəmManşet

Azərbaycan Ordusu Ağdərədə mövqe dəyişikliyi edib: Əsgərlərimiz Yarımca kəndini düşməndən təmizləyib

Azərbaycan Ordusunun martın 24-dən start götürən mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirmə prosesi davam edir. JAMAZ.İNFO xəbər verir ki, bu gün Ordumuzun bölmələri Tərtər rayonunun Yarımca kəndi istiqamətində mövqe dəyişikliyi edib. 

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan Ordusunun mövqelərini irəli çəkməsi ilə bağlı danışıqlara başlayıb. “”Yarımca qəsəbəsi ərazisində Azərbaycan tərəfindən yaradılmış təmas xəttinin yerdəyişməsi baş verib. Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan və Qarabağ nümayəndələri ilə birgə hadisə ilə bağlı danışıqlar aparırı”.

Qeyd edək ki, Tərtər rayonunun Yarımca kəndi Ağdərə qəsəbəsinin yaxınlığında yerləşir.

Bildirək ki, Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı hələ açıqlama yaymayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button