ManşetSiyasət

Azərbaycan Ordusu Ermənistanla sərhəddən geri çəkilir? – RUSLARLA DANIŞIQLAR GEDİR

Azərbaycan-Ermənistan sərhəddində yenidən hərəkətlilik diqqəti çəkir. JAMAZ.İNFO xəbər verir ki, ötən gün Ermənistanın Geqarkunik əyalətinin qubernatoru Qnel Sanosyan bildirib ki, yaxın günlərdə Rusiyanın Sərhəd Xirmətinin hərbçiləri Azərbaycan Ordusunun yerləşdiyi hazırkı ərazilərdə yerləşdiriləcək.  

Sanosyanın dediyindən belə anlaşılır ki, may ayının 12-dən etibarən Ermənistanla sərhədlərimizi bərpa edən hərbçilərimiz hazırkı mövqelərindən geri çəkilməli, həmin yerləri rus sülhməramlılarına verməlidirlər.

Bu gün Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Artak Davatyan isə bəyan edib ki, Geqarkunik istiqamətində Azərbaycanla sərhəddə rus sülhməramlılarının yerləşdirilməsi danışıqlar gedir. Onun sözlərinə görə, hazırda bununla bağlı yekun qərar qəbul edilməyib. “Qərar qəbul etmək təkcə Ermənistan tərəfindən asılı deyil. Nə zaman dəqiq tarix və texniki detallarla bağlı qəti qərar olacaqsa, bu barədə əlavə məlumat veriləcək”.

Jurnalistlərin “Azərbaycan tərəfinin də razılığı alınıbmı” sualına cavab verən Davatyan deyib: “Ərazi Ermənistanındır. Burada Azərbaycandan nəsə soruşmalı heç nə yoxdur. Danışıqlar ruslarla gedir”.

Xatırladaq ki, Azərbaycan tərəfi Ordumuzun sərhədlərimizi bərpa etdiyini, Ermənistanın ərazisinə girmədiyini bəyan edir. Bunu SSRİ dövründən qalma xəritə ilə etdiyini, hər hansı bir qarşıdurma istəmədiyini bildirir. Erməni tərəfi isə SSRİ dağıldıqdan sonra Azərbaycan torpaqlarının bir qismini ələ keçirərək, orada qanunsuz məskunlaşma aparmaqla yanaşı, həm də öz ərazisi kimi göstərib. 44 günlük müharibədən sonra isə Azərbaycan özünün qanuni, beynəlxalq səviyyədə təsdiqlənmiş sərhədlərini bərpa edib.  

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button