GündəmManşet

Azərbaycan Ordusu Qarabağda mövqe dəqiqləşdirmələri aparır

“Avqustun 26-da Ali Baş Komandan İlham Əliyevin göstərişinə uyğun olaraq, Azərbaycan Ordusunun bölmələri Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələrinə daxil olublar və bu ərazilər tam nəzarətimiz altına keçirilib”. JAMAZ.İNFO-nun xəbərinə görə, bu fikirləri Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycan Ordusunun bölmələri nəzarətə götürülmüş ərazilərdə mövqelərin dəqiqləşdirilməsi, yeni dislokasiya məntəqələrində bölmələrin yerləşməsi prosesi həyata keçirir: “Azərbaycan Ordusunun mühəndis qoşunları tərəfindən mina axtarma işləri də davam etdirilir. Laçın rayonu ərazisində avqustun 15-dən bu günə qədər 1300-dən artıq piyada əleyhinə mina aşkar edilib”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button