ManşetSiyasət

Azərbaycan Ordusu Xankəndinə niyə girmədi?

Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev Vaşinqtondakı Atlantik Şurasının (Atlantic Council) təşkil etdiyi internet-seminarda iştirak edib. JAMAZ.İNFO xəbər verir ki, Prezidentin köməkçisi maraqlı bir neçə məqama toxunub. Onlardan biri də Azərbaycan Ordusunun Xankəndi şəhərinə girməməsinin səbəbi ilə bağlı olub.

Hhikmət Hacıyev qeyd edib ki, Azərbaycan lap əvvəldən Ermənistanın işğal edilmiş rayonlardan öz qoşunlarını çıxarmasına dair qrafik təqdim edəcəyi halda hərbi əməliyyatları dayandırmağa hazır idi. “Təəssüf ki, Ermənistan belə qrafikin təqdim edilməsindən bir neçə dəfə boyun qaçırdı. Azərbaycanın nöqteyi-nəzərindən bu hərbi əməliyyatları aparanda harada dayanmaq lazım gəldiyini bilmək vacib idi. Və biz strateji hədəflərimizə çatanda dayanmağa qərar verdik. Bundan əlavə, bizim hədəfimiz sülhü udmaq idi. Müharibəni udmaq olar, amma sülhü qazanmaq daha mürəkkəbdir. Biz üçtərəfli razılaşmanı imzaladıq, ona görə ki, Ermənistan Azərbaycanın üç strateji əhəmiyyətli rayonundan-Kəlbəcər, Ağdam və Laçından öz qoşunlarını çıxarmaq öhdəlikləri götürdü”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button