GündəmManşet

Azərbaycan Ordusundan Qaragöldə yeni taktika: ermənilər çaş-baş qalıblar

Azərbaycan Ordusu Ermənistanla dövlət sərhəddimizi bərpa etmək və  təhlükəsizliyini təmin etmək məqsədi ilə hələ ötən ilin mayında Kəlbəcər istiqamətində yeni mövqelərə yerləşiblər. JAMAZ.İNFO xəbər verir ki, bu mövqelərdən biri də Qaragöl ərazisindən ibarətdir.

Qeyd edək ki, Ermənistan tərəfi bir ilə yaxındır həmin ərazilərin guya onların olduğunu bildirərək, beynəlxalq təşkilatlara müraciət edirlər. Eyni zamanda, Azərbaycan Ordusunun geri çəkilməsini istəyirlər. Lakin hər dəfəsində məsələyə heç bir reaksiya verilmir.

Bu gün isə xəbər yayılıb ki, guya, Azərbaycan Ordusu Qaragöldəki mövqelərindən gedi çəkilib. JAMAZ.İNFO “Hraparak” nəşrinə istinadən xəbər verir ki, Vinaşen icmasının sakinləri Azərbaycan Ordusunun bir neçə gündür Qaragöldən geri çəkildiyini müşahidə edirlər. Bunun ardından icmanın üzvləri dərhal ərazidə olan Ermənistan ordusunun rəsmiləri ilə görüşərək, bu barədə məlumat veriblər. Üstəlik, korpus komandirindən tələb ediblər ki, Azərbaycan hərbçiləri çəkilən kimi, dərhal həmin ərazini nəzarətə görtürmək üçün addım atsınlar. Lakin korpus komandiri Vinaşen sakinlərinə bildirib ki, bu, müvəqqəti geri çəkilmədir, ona görə də gözləmək məcburiyyətindədirlər.

Bu gün günorta saatlarında isə məlum olub ki, Azərbaycan Ordusu Qaragöldəki mövqelərini tərk etməyib. Sadəcə, havaların həddindən artıq soyuq keçməsi, gölə yaxın yerlərdə soyuğun daha yüksək həddə olması belə bir addım atmağa vadar edib. Belə ki, bölgədə xidmət edən korpusun komandanlığı əsgərlərimizin təhlükəsizliyi və sağlamlığını nəzərə alaraq, onlardan gecələr gölün yaxınlığındakı strateji yüksəklikdə xidmətlərini davam etdirmək əmri verib. Buna görə də, hər gecə Ordumuzun əsgərləri yüksəklikdə yerləşən kazarmalarda gecələyirlər.

Ermənilər deyir ki, hal hazırda Azərbaycan Ordusunun yerləşdiyi mövqe Gorusun şimal hissəsidir. Oradan isə cənubdakı mövqelər – Şurnuxa, Qafan və ətraf ərazilər aydın görünür.

Ermənistanın Müdafiə Nazirliyi məsələ ilə bağlı yerli medianın suallarını cavablandırmaqdan imtina edib. Verinşen icma şurasının üzvü Narek Ordyan isə bu barədə danışmaq istəmdəiyini deyib.

Bildirək ki, Azərbaycan Müdafiə Nazirliyi də bu barədə hər hansı açıqlama yaymayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button