ManşetÖlkə içi

Azərbaycan Qafan-Gorus yolunu bağlayır: TƏMİR EDİLƏCƏK

Azərbaycan Qafan-Gorus yolunu bir müddətlik bağlaya bilər. Bu barədə JAMAZ.İNFO-ya etibarlı mənbələrdən məlumat daxil olub.

Məlumatda deyilir ki, hazırda yolun hər iki başında Gömrük-Keçid Məntəqələri, habelə Yanacaqdoldurma Stansiyasının inşası həyata keçirilir. Lakin yolun bağlanmasının səbəbi, həm də asfalt örtüyünün yenilənməsi ilə əlaqəlidir. Mənbə bildirir ki, Qafan-Gorus magistralının 21 km-lik hissəsində təmir-bərpa işlərinin nə qədər davam edəcəyi məlum deyil.

Bu əsnada, Ermənistan parlamentinin deputatı Tiqran Abramyan bildirib ki, həqiqətən də Azərbaycan tərəfi Sünikdə ciddi tikinti işləri həyata keçirir. “Azərbaycanın həyata keçirdiyi tikinti işləri həm mülki, həm də hərbi xarakterlidir. Belə ki, Sünik istiqamətinə yeni hərbi qüvvələr yerləşdirilib. Onlar üçün yataqxanalar inşa olunur. Bundan başaq, yerli infrastruktura aid tikinti işləri də aparılır”.

Abramyan deyib ki, Sünikin Laçın rayonu ilə bitişik ərazilərində də durum yaxşı deyil. Onun sözlərinə görə, Azərbaycan Qarabağa gedən yolun üzərində yeni infrastruktur layihələri həyata keçirir.

Erməni deputat Qafan-Gorus yoluna alternativ olanTatev-Ağvan yolu barəsində də danışıb. O deyib ki, həmin yol bəzi məsələləri həll edəcək. “Lakin bu, Sünikin təhlükəsizliyi problemini həll etməyəcək”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button