ManşetSiyasət

“Azərbaycan tüfəngin lüləsini boynumuza dirəyib”

“Azərbaycan-Ermənistan sərhəddinin Sünik və Geqarkun istiqamətlərində böhran davam edir. Məlumatlar daxil olur ki, Azərbaycan Ordusu mütəmadi olaraq çoxalırlar”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri “Çiçəklənən Ermənistan” Partiyasının sədri Edmon Marukyan deyib.

Onun sözlərinə görə, Ermənistan təcili olaraq, beynəlxalq aləmlə diplomatik sahədə ciddi və tutarlı işlər görməli, onların vasitəsi ilə Azərbaycana təzyiq göstərərək, qoşunların ərazidən çıxarılmasında nail olmalıdır. “Hərbi sennari ən son variantdır. Hələlik məsələnin müharibəsiz həll etmək imkanı var”.

Marukyan hesab edir ki, demarkasiya və demilitasiya prosesi Azərbaycan Ordusu əvvəlki mövqeyinə geri çəkildikdən sonra müzakirə olunmalıdır. “Bizim hazırkı vəziyyətimiz belədir ki, Azərbaycan silahın lüləsini boynumuza söykəyib, sərhəddlərin demarkasiyasını tələb edir. Dövlət sərhəddi məsələsi təhdid və şantaj vasitələri altında müzakirə edilə bilməz. Hər zaman atəş açmaq olar. Bu son variantdır. Unutmaq lazım deyil ki, biz çox ağır müharibədən çıxmışıq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button