ManşetÖlkə içi

Azərbaycan və erməni mədəniyyət və elm xadimlərindən ibarət dialoq qrupu yaradılır

Rusiyanın vasitəçiliyi ilə Respublikaların Dialoq Proqramı çərçivəsində Ermənistan və Azərbaycanın mədəniyyət və elm xadimlərindən ibarət dialoq qrupu yaradılacaq. JAMAZ.İNFO xəbər verir ki, bu barədə erməni mənbələri məlumat yayıb.

Dialoq Qrupunun tərkibinə kimlərin daxil olacağı barədə, habelə Bakı və İrəvanın məsələ ilə bağlı hər hansı açıqlaması yoxdur.

Qeyd edək ki, Azərbaycan teleqram kanallarından biri məsələyə maraqlı yanaşma sərgiləyib. Həmin kanal yazıb ki, Azərbaycan tərəfi mütləq Dialoq Qrupuna Ramiz Mehdiyev və onun həyat yoldaşı Qalina Mehdiyevanı daxil etməlidir. “Onlar telegram kanalında ermənilər qrupu ilə mütləq dil tapacaqlar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button