ManşetÖlkə içi

Azərbaycanlılar İrəvanın 20 km-də: Masisin Sis kəndində sərbəst gəzirlər –VİDEO

Erməni blogerlərdən olan Hayk Bağdasaryan bu gün videogörüntü yayaraq, maşında hərəkət edənlərin azərbaycanlı olduqlarını iddia edib. JAMAZ.İNFO xəbər verir ki, Bağdasaryan görüntülərin Masis (Zəngibasar) rayonunun Sis (Sarvanlar) kəndindən çəkildiyini bildirib.

Onun sözlərinə görə, Azərbaycanlılar çox rahat və təhlükəsiz şəkildə Sis kəndinin içində dolaşırlar. “Azəbaycanlılar Masisin Sis kəndində səbərst dolaşırlar. Budur sizin gələcəyinizdir? Yaxşı, gedin “Vətəndaş Müqaviləsi” partiyasının xəstələrinə səs verin. Səs verin ki, Azərbaycanlılar gəlib evinizə girsinlər. Sayad, bu azərbaycanlılarla eyni komandada olmağa dəyərdimi?”

Qeyd edək ki, həmin görüntülərdə birində kəndin içində avtomobillə gəzinti əks olunub. Danışanların birinin kürdcə danışdığı diqqəti çəkir. Digər şəxs isə rusca danışır ki, onun da ləhcəsindən azərbaycanlı olub, olmadığını dəqiqləşdirmək çətindir.
İkinci görüntüdə isə azərbaycanlıəların danışığı aydın şəkildə düşüb.

Xatırladaq ki, Masis rayonu İrəvanın 20 km-də yerləşir. İlk dəfə 1937-ci il dekabrın 31-də, ikinci dəfə isə 1969-cu il yanvarın 14-də yaradılıb. Rayon mərkəzi Uluxanlı (dəyişdirilmiş adı Masis) rayonudur. 1937-i ilə qədər rayonun kəndləri əsasən Üçkilsə rayonu və Qəmərli rayonu arasında bölünmüşdür. 1937-ci il dekabrın 31-də Qəmərli rayonundan 18, Üçkilsə rayonundan isə 14 kənd ayrılaraq ümumi sahəsi 170 kv km olan Zəngibasar rayonu yaradılmışdır. Qədim Uluxanlı kəndinin də adı dəyişdirilərək, Zəngibasar rayonu adı ilə mərkəz elan edilmişdi.

Hər iki videoya bu linklərdən baxa bilərsiniz…

https://www.facebook.com/100010533882774/videos/1113492382755884https://past.am/?p=293450&l=am 

https://www.facebook.com/100010533882774/videos/1065829013956595

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button