İqtisadiyyatManşet

AZAL Ermənistana hər ay 60 min dollar pul ödəyir

Azərbaycanin aviasiya şirkəti olan AZAL Ermənistan üzərindən uçuşlar həyata keçirdiyi üçün pul ödəyir. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın Mülki Aviasiya Komitəsindən bildiriblər.

Komitənin rəsmisi bildirib ki, ödənilən məbləğ təkcə, uçuşla bağlı deyil, həmçinin uçuş istiqaməti və texniki köməklik məsələlərini də əhatə edir. Məbləğə gəldikdə isə AZAL Ermənistan üzərindən etdiyi uçuşun hər 1 kilometri üçün 1 dollar ödədiyi qeyd olunur. Bu da hər gün üçün 200 dollar deməkdir. Çünki AZAL-a məxsus təyyarələr Ermənistan üzərindən qeyd olunan müddətdə cəmi 200 km-lik bir məsafə qət edir. Aylıq rəqəm isə 60 min dollara yaxındır.

EMAK-nin məlumatına görə, ödənişlər 2.5-3 aydan bir həyata keçirilir. Həmin pul isə birbaşa deyil, Bürsseldə yerləşən “Eurocontrol” şirkətinə köçürülür və oradan da Ermənistana yönəldilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button