İqtisadiyyatManşet

AZAL uçuşlara görə Ermənistana pul ödəyir

«AZAL şirkəti Ermənistan üzərindən uçuşlar həyata keçirməsi müqabilində Ermənistana pul ödəyir”. JAMAZ.İNFO xəbər verir ki, bu açıqlamanı Ermənistan Mülki Aviasiya Komitəsi yayıb.

Komitədən deyilib ki, bütün aviaşirkətlər,  o cümlədən AZAL şirkəti ölkə üzərindən uçuşlar həyata keçiridiyinə görə, pul ödəyirlər. Həmin ödəniş isə uçuşlar üçün göstərilən avianaviqasiya xidmətlərinə görədir.

EMAK-dan konkret olaraq nə qədər pul ödənildiyi barədə dəqiq bir söz deməyiblər. Yalnız onu bildiriblər ki, ödənişin məbləği koffisentlərdən asılıdır. “Qiymətlər, xüsusilə, təyyarənin çəkisinə, Ermənistanın hava məkanında uçuş yolu və vaxtına, eləcə də hava marşrutları üzrə dəyişir. Bu tariflər ölkəsindən asılı olmayaraq bütün aviaşirkətlər üçün eynidir”.

Xatırladaq ki, AZAL 6 oktyabr tarixindən etibarən Ermənistan üzərindən Naxçıvana uçuşlar təşkil edir.

Bildirək ki, AZAL şirkəti məsələ ilə bağlı açıqlama verməyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button