ManşetSiyasət

“Bakı ilə İrəvan arasında Fransanın da xəbərdar olduğu gizli sənəd hazırlanır”  

Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan İrəvan hökumətinin Azərbaycanla sülh sazişi hazırlığı içində olduğunu iddia edib. JAMAZ.İNFO xəbər verir ki, Aşotyan bununla bağlı fikirlərini yazaraq, baş nazir Nikol Paşinyanın onları aldatdığını və bir çox məsələləri gizlətdiyini bildirib.

O vurğulayıb ki, Paşinyan erməni xalqından təkcə öz şəxsi həyatını və müharibə itkiləri haqqında məlumatları deyil, həm də xaricidə və bölgədə baş verən son hadisələr kontekstində baş verən prosesləri gizlədir. Daha sonra o, əlindəki bəzi məlumatları açıqlayıb.

Aşotyan bildirib ki, baş nazirin ermənilərdən gizlətdiyi məsələlərdən biri bir müddət əvvəl Fransanın Ermənistandakı səfirinin də eyham vurduğu Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli nizamlanmasına dair sənəddir. Erməni siyasətçi vurğulayıb ki, həmin sənədin hansı şərtlər altında hazırlanması barədə cəmiyyətə açıqlama verilməlidir. “Bundan başqa, Azərbaycanla sərhədlərin demarkasiya prosesində qarşı tərəfə bir çox vədlər verilib ki, onlar da müəmma olaraq qalır. Buna paralel olaraq, Gürcüstanın baş nazirinin də içində olduğu, hazırda həyata keçirilən erməni-türk sazişlərinin məzmunu da gizli saxlanılır”.

Aşotyan daha sonra Nikol Paşinyanın gizlətdiyi bir başqa məsələdən bəhs edib. O qeyd edib ki, Ermənistan “3+3” platformasına qoşulmaq üçün müyyən şərtlər irəli sürüb. Lakin bununla bağlı ermənilərə məlumat vermək niyyətindən uzaqdır. “Paşinyan bir sualımıza da cavab versin: Rusiyanın başında durduğu müxtəlif vasitələrlə yeni inteqrasiya prosesi nə deməkdir? Bütün bu gizlinlərin qarşısını yalnız “xalq dəstəyi” mifini məhv etməklə almaq olar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button