GündəmManşet

Bakı ilə İrəvan arasında yeni sənəd: SƏRHƏDLƏR NECƏ MÜƏYYƏN OLUNACAQ? – İDDİA

Mayın 12-dən başlayan Azərbaycan və Ermənistan sərhəddindəki gərginlik qalmaqda davam edir. JAMAZ.İNFO xəbər verir ki, dünən Rusiyanın nümayəndəsinin də iştirak etdiyi üçtərəfli danışıqlar baş tutmayıb. Daha doğrusu, Azərbaycan tərəfi danışıqlara qatılmaqdan imtina edib.

Qeyd edək ki, Azərbaycan tərəfi dövlət sərhəddlərini bərpa etmək üçün mayın 12-dən etibarən yeni postlar qurublar. Əsasən Laçın və Kəlbəcər rayonları istiqamətində baş verən hadisələr mayın 17-də insidentə səbəb olsa da, bunun qarşısı alınıb.

JAMAZ.İNFO xəbər verir ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyən edilməsi məqsədi ilə İrəvanda yeni bir sənədin hazırlandığına dair iddialar meydana çıxıb. Həmin iddiaların müəllifi isə Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın kürəkəni, bu ölkənin Vatikandakı keçmiş səfiri Mmikael Minasyandır. Baş nazir Nikol Paşinyana qarşı “Anti Nikol” hərəkatı yaradan Minasyan hakimiyyətə qarşı sərt tutumu ilə tanınır.

Bildirək ki, dünən Azərbayca, Ermənistan və Rusiya arasında yeni bir sazişin hazırlandığı və bunun yaxın günlərdə açıqlanacağı vurğulanır. Minasyan iddia edir ki, artıq məsələ razılaşdırılıb və yaxın günlərdə sənəd açıqlanacaq. O hətta həmin sənədin bir nüxsəsini də paylaşıb. “Hələ 10 noyabr və 12 yanvarda əldə edilmiş razılaşmalarda Nikol Paşinyan Azərbaycan qarşısında bir çox şifahi öhdəliklər götürüb. Bu öhdəliklərdən biri də sərhədlərin müəyyən edilməsi ilə bağlı olub. Paşinyan Əliyevə söz verib ki, may ayının sonuna kimi, bütün mübahisəli ərazilər müəyyənləşcək və sərhədlər bərpa olunacaq. Lakin həmin vaxt Paşinyan növbədənkənar seçkilərin keçiriləcəiyin proqnozlaşdırmamışdı. İndi də verdiyi sözlərin arxasında dura bilmir. Ona görə də, Azərbaycan tərəfinə bir qədər gözləməyi xahiş edib. Lakin İlham Əliyev ondan sözünün üstündə durmasını tələb edib, əks təqdirdə, həmin razılaşmanın güc yolu ilə reallaşacağı barədə xəbərdarlıq edib”.

Minasyan bir qədər də irəli gedərək iddia edib ki, razılaşmaya əsasən proses Sünik vilayətindən başlamalı, Vardenis, Geqarkun və Tavuşda bitməlidir. “Paşinyan seçki ilə bağlı daxili auditoriyada xal qazanmaq istəsə də, bu alınmayıb. O, Azərbaycan ordusunun Ssünik istiqamətində ərazidən çıxmasını və iyunun sonuna kimi, gözləməsini istəsə də, Azərbaycan bunu rədd edib. Üstəlik, razılaşmanı yerinə gətirmək üçün vaxt istəyən Paşinyana cavab olaraq, qoşunlarını Vardenis və Geqarkun rayonlarına toplayıb. İndiki gərginlik də bununla bağlıdır”.

Sarkisyanın kürəkəni bildirir ki, Paşinyan hazırda Azərbaycandan bir neçə məsələni xahiş edib. “Satqın Paşinyan Azərbaycandan xahiş edib ki, heç olmasa seçkilərə kimi ordunu sərhəddən geri çəksin. Bundan başqa, Azərbaycan tərəfindən seçkiyə kimi heç olmasa, 5-6 erməni əsirin geri verilməsini xahiş edib. Bakının bunu edib, etməyəcəyi məlum deyil. Lakin bilinən odur ki, Azərbaycan tərəfi iyunun sonuna kimi gözləmək fikrində deyil”.

Minasyan bu səhər paylaşdığı və üç ölkə arasında əldə olunmuş razılaşmanı ehtiva edən sənədin bəzi bəndlərini açıqlayıb. O, razılaşmada digər bəndlərin məxfi olduğunu bildirirərək, yayılmasının etik olmadığını deyib. Onun sözlərinə görə, yeni sənədlə bağlı hökumətdə fikir ayrılığı var və Ermənistan XİN-i, habelə onun başçısı Ara Ayvazyan buna qarşı çıxıblar. Həmçinin prosesdə iştirak etməkdən imtina ediblər.

Bəs, həmin sənəddə nədən söhbət gedir? Minasyanın yaydığı sənəddən isə belə aydın olur:

  1. Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyən edilməsi və dəqiqləşdirilməsi üçün Bbirgə Komissiya yaradılacaq.
  2. Həmin komissiya mayın 31-nə kimi tərkibi müəyyən edilməlidir.
  3. Komissiya sərhədlərlə bağlı mübahisələri SSRİ dövrünə aid (konkret hansı illəri əhatə etdiyi barədə məlumat verilmir) xəritələrlə həll edəcəklər.

Sabiq səfir Nikol Paşinyanın məsələ ilə razılaşdığını, lakin bir neçə xahişinin olduğunu da dilə gətirib. “Paşinyan İlham Əliyevdən 3 şey xahiş edib. Seçkilərə kimi, Azərbaycan Ordusu əvvəlki mövqelərinə qayıtsın. İkincisi, seçkilərə kimi əsirlərin bir hissəsinin qaytarılmasını təmin etsin. Üçüncüsü isə Qazaxın 7 kəndinin geri verilməsi prosesi ən sona saxlanılmaqla, səssiz şəkildə həyata keçirilsin. Bakının bunu həyata keçirib, keçirməyəcəyi məlum deyil”.

Qeyd edək ki, Azərbaycan tərəfi bununla bağlı hər hansı bir açıqlama vermir. Yalnız rəsmi səviyyədə açıqlanan fikir ondan ibarətdir ki, Azərbaycan Ordusu sərhədlərimizi bərpa edir və orada müdafiə postları qurur.

Əgər ortalıqda həqiqətən də belə bir razılaşma varsa, onun Azərbaycana nə xeyri və nə ziyanı ola biləcəyini indidən demək mümkün deyil. Bu proses reallaşarsa, o zaman gedişatdan bunun xeyrimizə və ya ziyanımıza olacağı barədə müzakirələr açmaq olar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button