ManşetSiyasət

Bakı xəbərdarlıq etdi: Separatçıların “müstəqillik” tədbirlərinə qadağa qoyuldu

Qarabağda, rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimnizdəki separatçılar qondarma “müstəqillik”lərinin 34-cü “ildönümü”nü qeyd etmək bağlı tədbirlərini təxirə salıblar. Daha doğrusu, bununla bağlı hər hansı bir mitinqin keçirilməsi qadağan olunub. JAMAZ.İNFO xəbər verir ki, fevralın 20-nə təyin olunmuş “mitinq”in keçirilməsinə separatçıların rəhbəri Arayik Harutyunyan yasaq qoyub.

Belə ki, qondarma “parlament”!də təmsil olunun 5 “partiya” bununla bağlı təşkilatçılıq edərək, “mitinq” keçirəcəklərini bəyan ediblər. Lakin dünən Arayik Harutyunyan həmin təşkilatçılara xəbərdarlıq edib ki, belə bir addımn atmasınlar. Bunu isə koronavirusun geniş yayılması, yoluxma hallarının arta biləcəyi riski ilə izah edib.

Qondarma “fraksiya” üzvləri isə iddia ediblər ki, Harutyunyanın bu addımı özünü sığortalamaq cəhdidir. Onlar belə bir versiya irəli sürüblər ki, guya, “mitinq” zamanı ora toplaşan adamlar Arayikin istefasını tələb edə bilərlər və baş separatçı da bunun qarşısınıl almaq üçün aksiyaya qadağa qoyub.

Lakin Ermənistanda nəşr olunan “Fakt” qəzeti yazır ki, Arayik Harutyunyanın belə bir addım atmasının koronavirus pandemiyası və onu istefaya çağıracaqları qorxusu ilə qətiyyən bağlı deyil. “Fevralın 10-dan etibarən Qarabağda koronavirusa yoluxanların sayı sürətlə azalmağa başlayıb. Hazırda bu eniş davam edir. Belə olan təqdirdə, koronavirusu bəhanə edib, aksiyaya qadağa qoyulması məntiqsiz görünür və bəhanədir”.

Qəzet yazır ki, “mitinq”in keçirilməsinin qadağan edilməsinin təlimatı Bakıdan gəlib. Qəzetin iddiasına görə, Azərbaycan hakimiyyəti bununla bağlı bölgədəki rus sülhməramlılarına xəbərdarlıq edib və aksiya keçirləcəyi təqdirdə, ciddi addım atacaqlarını bildiriblər. Qəzet bunu belə əsaslandırır: “Azərbaycan 44 günlük müharibədən sonra Qarabağda yaşayan ermənilərin yaşayışına mane olmasa da, “müstəqillik”, hər hansı bu qəbildən olan tədbirlərin keçirilməsinə sərt münasibət sərgiləyir. Hələ ötən il “Artsax ordusu”nun yaranması ildönümünün də qeyd edilməməsi məhz Bakının sərt tələbi nəticəsində baş tutmamışdı. Bu dəfə də “müstəqillik”lə bağlı tədbirlərin keçirilməsinin qadağan edilməsi Azərbaycan tərəfinin tələbi ilə qadağan edilib”.

Son xəbərlərə görə, Xankəndidəki separatçılar dünən axşam bir araya gələrək, “mitinq”in keçirilməsində israr ediblər. Lakin Harutyunyanın adamları toplantıya qatılaraq, onlarla danışıqlar aparıb və ardından yekun qərarın verilməsi təxirə salınıb. Həmin görüşdə belə bir təklif irəli sürülüb ki, “müstəqillik”lə bağlı tədbirləri “siyasi partiya”lar deyil, yerli “QHT”lər təşkil etsin və onlar da yalnız qapalı məkanlarda keçirilə bilər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button