ManşetÖlkə içi

“Beta” şirkəti Lənkəranda meşə massivini məhv edir: Haftoni kəndində “eko-qətliam” – FOTOLAR

Lənkəran rayonun Haftoni kəndi ərazisində yerləşən meşə massivi kütləvi şəkildə məhv edilir. JAMAZ.İNFO xəbər verir ki, kəndin yaxınlığında yerləşən meşəlikdə ağacların kütləviu şəkildə qırılması prosesinə start verilib.

Belə ki, əraziyə cəlb olunan ağır texnika ilə məhv edilən meşəliyin yerində “Beta” şirkətinin çay plantasiyasının salınması nəzərdə tutulur.

Maraqlı məqamlardan biri də odur ki, belə kütləvi məhvetmə prosesinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi susmaqla cavab verir. Yerli sakinlər isə etiraz etsələr də, onlara məhəl qoyan yoxdur. Onlar bildirirlər ki, baş verən hadisə əsl eko-qətliamdır və bunun qarşısı təcili alınmalıdır. Sakinlər deyirlər ki, məsələ təcili ictimailəşməlidir, əks təqdirdə, meşələrin məhv edilməsinin qarşısını almaq mümkün olmayacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button