CəmiyyətManşet

Bir qrup “jurnalist” Şəhid ailələrini aldadıb pul alıblar: “Videoçəkiliş və kitab çap edəcəyik” adıyla

Şəhid ailələrindən, onların övladları ilə bağlı film çəkiləcəyi və ya kitab çap ediləcəyi adı altında pul alınıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Rauf İlyasoğlu sosial şəbəkələrə məlumat yayıb.

O bildirib ki, bu işi həyata keçirənlər özlərini “jurnalist” kimi təqdim edən şəxslər olublar. “Bəzi internet TV rəhbərləri və əyninə hərbi forma geyinən qadın “jurnalistlər” rayonları gəzərək, Şəhid ailələrinin evlərində olur. Şəhid haqqında vidioya çəkmək adıyla Şəhid ailələrindən, Şəhid atalarından, Şəhid analarından pul dilənirlər. Mənə çatan məlumata görə, Azərbaycan TV əməkdaşları isə bir çəkilişə daha çox pul istəyiblər”.

O bildirib ki, Şəhidlərimizdən kitab yazıb, bunun müqabilində Şəhid ailəsindən 2-3 min manat pul alanlar da olub. “Belə nadurustlər də olub. Buna nə ad vermək olar? Vicdansızlıq. Belə biqələmlər jurnalistikamıza bir ləkədir”.

O qeyd edib ki, araşdırmanı bitirən kimi, məsələni daha detallı şəkildə ictimailəşdirəcəklər.

Bildirək ki, bununla bağlı JAMAZ.İNFO-da araşdırmalara başlayıb. Sayt olaraq oxucularımızdan xahiç edirik ki, belə hallarla bağlı məlumatları olarsa, bizimlə əlaqə saxlasınlar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button