ManşetSiyasət

Blinken yenə bizi “günahkar” çıxardı: “Azərbaycan Qarabağda vəziyyəti gərginləşdirir”

Dünən ABŞ dövlət katibi Entoni Blinken Senatda dinləmələrdə çıxış edərək, Qarabağ məsələsinə toxunub. JAMAZ.İNFO xəbər verir ki, o, Azərbaycanı Qarabağda vəziyyəti gərginləşdirməkdə ittiham edib.

Blinken deyib ki, ABŞ Qarabağda Azərbaycan və Ermənistan arasında münaqişənin uzunmüddətli əsaslarla həllinin tərəfdarıdır, eyni zamanda bu istiqamətdə birtərəfli addımların əleyhinədir. “Biz hər hansı birtərəfli hərəkətlərə, xüsusən də Azərbaycanın vəziyyəti daha da gərginləşdirən hərəkətlərinə qarşıyıq”.

Dövlət katibi qeyd edib ki, o, həm Ermənistan, həm də Azərbaycan rəhbərliyi ilə çox fəal və birbaşa əlaqə saxlayır. Xüsusilə, bir həftə əvvəl o, Qarabağ “münaqişəsi”nin uzunmüddətli siyasi nizamlanması perspektivlərini stimullaşdırmaq üçün Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də hər iki ölkənin xarici işlər nazirləri ilə telefon danışıqları apardığını vurğulayıb. “Vaşinqton bununla bağlı etimadın möhkəmləndirilməsinə dair müxtəlif  tədbirlər hazırlayır və təşviq edir”.

P.S. Onsuz da Qarabağ məsələsində Amerika həmişə bizi “günahkar” çıxarır. Hələ 90-cı illərin əvvəllərində torpaqlarımız işğal olunan, Xocalıda soyqırıma məruz qalan zaman Ermənistana sanksiya tətbiq etməli olan Vaşinqton, Azərbaycana qarşı “907-ci düzəliş”i qəbul etməklə, öz tərəfini göstərib. Blinkenin “Azərbaycan Qarabağda vəziyyəti gərginləşdirir” deməsi də, bunların fonunda qeyri-adi bir şey deyil. Lakin “ədalət və demokratiya” simvolu olaraq görülməsini istəyən və buna iddia edən ABŞ-ın Qarabağda vəziyyəti kimlərin gərgnləşdirdiyini görməməsi və ya görə bilməməsi, Çavuşoğlunun təbirincə desək, ikiüzlülükdən başqa bir şey deyil.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button