DünyaManşet

Britaniya yeni ittifaq qurur: Conson Avropa İttifaqının alternativini yaradır?

İtaliya mətbuatı maraqlı bir iddia ilə çıxış edib. JAMAZ.İNFO xəbər verir ki, məlumatın mənbəyi “Corriere della Sera” qəzetidir.

Qəzet yazır ki, Böyük Britaniyanın baş naziri Boris Conson Avropa İttifaqının alternativini yaratmaq istəyir. Məqalədə deyilir ki, Conson Ukraynada yaranmış gərginlik, Brüsselə olan etimadsızlıq və Almaniyanın Rusiyanın hərbi təcavüzünə adekvat reaksiya verməməsi onu belə bir addım atmasını şərtləndirib. Həmin birlikdə isə Ukrayna müharbəsində Kiyevin tərəfini tutan ölkələrin təmsil olunacağı qeyd olunur.

“Corriere della Sera” bildirir ki, Boris Conson bir aydır bu plan üzərində işləyir.  Hətta o, öz planını ilk dəfə aprelin 9-da Kiyevə səfər edən zaman Ukraynanın prezidenti Volodimir Zelinskiyə təqdim belə edib. “Boris Consonun təklif etdiyi Avropa Birliyi modelində lider Böyük Britaniyadır. Orada Ukraynadan əlavə Polşa, Estoniya, Latviya və Litvan təmsil olunacaqlar. Sonrakı mərhələdə isə Türkiyənin də qoşulacağı qeyd edilir. Consonun Kiyevə səfərindən sonra danışıqlar davam edir və Britaniyanın Ukrayna ilə görüşməsi daha israrlı və detallı xarakter alır”.

İtaliya mediasının mənbəsinə görə, Conson “milli suverenliklərinə can atan, iqtisadiyyatlarında liberal və Moskvanın hərbi təhlükəsinə qarşı mümkün qədər barışmaz olmaq əzmində olan” dövlətlərin ittifaqını təklif edir. “Kiyev Britaniyanın təşəbbüsü ilə bağlı hələ dəqiq mövqe tutmayıb. Amma imtina da etməyib. Ukrayna elitası əmin olub ki, Almaniya və Fransada çox az adam Vladimir Putinin məğlubiyyətinə ümid edir. Buna görə də Zelenski iyunun 23-də keçiriləcək Aİ sammitini gözləyir. O zaman liderlər Aİ-yə üzvlük danışıqlarına rəsmi başlamaq üçün Ukraynaya “namizəd” statusu verib-verməmək barədə qərar çıxaracaqlar. Bununla belə, 23 iyun qərarının Ukraynanın gözlədiyi kimi olacağı, o cümlədən illərdir “namizəd” statusunu gözləyən Albaniya və Şimali Makedoniyada etirazlara səbəb olacağı dəqiq deyil. Buna görə də, danışıq aparanların bəzilərinin fikrincə, başqa bir fərziyyə də var: Aİ liderləri Kiyevin “Avropa perspektivi” ilə bağlı qeyri-müəyyən bəyanatla məhdudlaşa bilərlər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button