ManşetSiyasət

Cavid Qurbanov: “Xankəndiyə dəmiryol xəttinin çəkilməsi planlaşdırılır”

Xankəndi istiqamətində dəmiryol xəttinin çəkilməsi planlaşdırılır. JAMAZ.İNFO xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları idarəsinin rəhbəri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, Şuşa istiqamətində də layihələndirmə işləri gedir. Cavid Qurbanovun mövzuyla bağlı sonuncu cümləsi də maraqlıdır: “Amma tikinti işlərinə nə zaman başlanılacağını deyə bilmərəm. Nə zaman qərar verilsə, ondan sonra işlərə başlanılacaq”.

Cavid Qurbanovun dediklərini şərh edən “Atlas” araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Xankəndiyə dəmir yolunun çəkilməsi böyük hadisə sayıla bilər. “Bu o deməkdir ki, Xankəndi Azərbaycanın nəzarətinə keçib və vətəndaşlarımız bu şəhərə rahat gedib-gələcəklər. Cavid Qurbanovun Xankəndiyə dəmiryolunu çəkilməsiylə bağlı verdiyi açıqlama ermənilərə mesaj əhəmiyyəti daşıyır ki, biz şəhərimizə qayıdacağıq. Ancaq təəssüf ki, bugünkü reallıq fərqlidir”.

Ekspert deyib ki, Xankəndiyə dəmiryolunun çəkilməsi və gediş-gəlişin bərpası üçün müəyyən şərtlərə əməl olunması vacibdir:

1) bölgədəki separatçılar tərksilah olunmalıdırlar;

2) bölgədəki ermənilər Azərbaycan qanunlarına tabe olmalıdırlar.

“Bu ikisi reallaşmadan Xankəndiyə nə dəmir yolu çəkilə, nə də Azərbaycan vətəndaşlarının Xankəndiyə gediş-gəlişi təmin oluna bilər. Təsadüfi deyil ki, Cavid Qurbanov sonda özünü sığortalayan “dəmiryolu ilə bağlı nə zaman qərar verilsə, ondan sonra işlərə başlanılacaq” cümləsini işlədib. Elə əsas da bu qərara şərait yaradacaq çalışmaların sürətləndirilməsidir”,-E.Şahinoğlu bildirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button