ManşetSosial

Çörək və unun bahalaşması etirazlara səbəb olacaqmı?

Dünəndən etibarən Azərbaycanda un və un məhsullarının qiyməti bahalaşıb. JAMAZ.İNFO xəbər verir ki, iki gün öncəyə qədər 26 manata satılan 50 kq-lıq un kisəsinin qiyməti hazırda 36.50 qəpiyə qaldırılıb. 50 qəpiklik çörək isə 65 qəpiyə satılır.

Qeyd edək ki, bir müddətdir müzakirəsi davam edən bu proseslə bağlı hazırda müzakirə olunan əsas məsələ gedişatın sosial narazılığa səbəb olub, olmayacağı ilə bağlıdır. Bununla bağlı çeşidli fikirlər olsa da, böyük əksəriyyət narazılığın olacağına şübhə etmir. Təbii ki, hakimiyyət tərəfdarları çörəyin və unun bahalaşmasının ciddi problemlərə səbəb olmayacağını deyirlər. Əslində, onlardan bundan savayı nəsə gözləmək də  yersiz olardı. Lakin müxalif düşüncəli insanlar, habelə sosial baxımdan bərbad gündə yaşayanlar hesab edirlər ki, şörək və unun bahalaşması insanların haqlı narazılığına səbəb olmaqla yanaşı, həm də sosial etirazlara gətirib çıxara bilər.

Bunun üçün gətirilən əsas arqumentlərdən biri də 2016-cı ildə ölkənin müxtəlif rayonlarda baş vermiş məlum “un qiyamları”dır. Həmin vaxt ikinci devalivasiyadan sonra un və çörəyin qiyməti bahalaşmışdı. Bu bahalaşma onsuz da devalivasiyadan sonra ağır duruma düşmüş insanlar üçün ciddi problemlər yaradırdı. Ona görə də, bir neçə rayonda eyni vaxtda aksiyalar ciddi etirazlara çevrilməyə başladı. Düzdür, zorakı üsullarla etirazlar yatırıldı. Hətta bu hadisələrə görə, xeyli sayda insanın həbs olunduğu da məlumdur.

Bu arqumentdən çıxış edənlər deyirlər ki, hazırda durum 2016-cı ildəkindən daha da pisdir. Onların sözlərinə görə, faktiki olaraq, təkcə un və çörək deyil, həm də digər ərzaq məhsulları da bahalaşıb. Eyni zamanda, əhalinin alıcılıq qabiliyyəti də 6 il bundan öncəkindən daha aşağıdır. Belə olan təqdirdə, onlar qeyd edirlər ki, proseslər sosial narazılıqla müşayət olunmaqla yanaşı, etirazlara da çevriləcək. Lakin onlar bu etirazların konkret olaraq hansı miqyasda ola biləcəyi barədə proqnoz verməkdən çəkiniblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button