GündəmManşet

“Daşnaksütun” Partiyası: “Azərbaycan qazı bizə lazım deyil”

Xəbər verildiyi kimi, dünən Rusiyanın “Qazprom” şirkəti Azərbaycanın SOCAR şirkətinə müraciət edərək, “Şimal-Cənub” qaz kəmərində təmir işləri ilə əlaqədar Ermənistana təbii qaz verilməsini xahiş edib. JAMAZ.İNFO xəbər verir ki, Azərbaycan tərəfi müraciətə müsbət cavab verib və təmir müddəti, yəni 3 həftə ərzində Ermənistanı təbii qazla təmin etməyə razılaşıb.

Qeyd edək ki, rəsmi Bakının bu addımı ölkə içində birmənalı qarşılanmayıb. Bir çoxları belə bir addımın zərərli olduğunu vurğulasa da, müəyyən kəsim iki ölkə arasında münasibətlərin normallaşması üçün bunun əhəmiyyət kəsb etdiyini düşünür.

JAMAZ.İNFO xəbər verir ki, Ermənistanda da bu məsələ birmənalı qarşılanmayıb. Belə ki, əsasən erməni müxalifəti Azərbaycandan qaz alınmasına qarşı çıxıblar. Daşnaksütun Partiyasının rəsmisi, iqtisadçı suren Parsyan bildirib ki, hazırda Ermənistanın Azərbaycandan qaz almasına zərurət yoxdur. Onun sözlərinə görə, ölkəsinin hazırkı qaz ehtiyati nəinki 3 həftəyə, hətta bir neçə aya bəs edə bilər. “Təbii ki, Paşinyan hökuməti bu məsələdə də uzunmüddətli əməkdaşlığa razılaşmayıbsa, o zaman Axərbaycandan təbii qaz almağa gərək yoxdur”.

Parsyan iddia edir ki, İrəvanın bu addımı Azərbaycanla anlaşmaya hesablanıb. “Bu razılaşmanın kökündə Naxçıvan-Azərbaycan nəqliyyat dəhlizinin açılması dayanır. Halbuki bu dəhliz Azərbaycan-Türkiyə tandeminin bilavasitə marağındadır. Bu qısamüddətlu anlaşma gürcü tərəfi üçün də siqnal ola bilər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button