GündəmManşet

Deputat təsdiqlədi: “Fərrux kəndi Azərbaycanın nəzarəti altındadır”

Martın 24-dən etibarən Azərbaycan Ordusu Qarabağda mövqe və dilokasiya yerlərinin dəqiqləşdirilməsi prosesinə başlayıb. JAMAZ.İNFO xəbər verir ki, həmin proseslər zamanı Ordumuz Qarabağdakı qanunsuz silahlı dəstələrin təxribatlarının qarşısını alaraq, yeni mövqelərdə yerləşiblər.

Bu gün isə məum olub ki, düşmənin mütəmadi olaraq təxribatlara əl atdığı, habelə Ordumuzun mövqelərini atəşə tutduğu Xocalı rayonunun Fərrux kəndi qanunsuz erməni silahlı dəstələrindən təmizlənib. JAMAZ.İNFO xəbər verir ki, deputat Cavid Osmanov bununla bağlı yayılmış xəbəri təsdiqləyib. O bildirib: “Xocalı rayonunun Fərrux kəndi Azərbaycanın tam nəzarəti altına keçib”.

Qeyd edək ki, gələn xəbərlərdə Fərrux dağının, habelə Daşbaşı yüksəkliyinin də Azərbaycan Ordusu tərəfindən nəzarətə götürüldüyü bildirilir. Həmçinin erməni tərəfi də təsdiqləyir ki, 24 martdan başlayan mövqelərin dəyişdirilməsi nəticəsində Fərrux dağı və Daşbaşı yüksəkliyi Azərbaycan Ordusu tərəfindən nəzarətə götürülüb, orada müşahidə postları qurulub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button