AraşdırmaManşet

Drenik Xaçaryandan müqayisəli təhlil: “Ermənistanın üç yolu var, hər üçü məğlubiyyətə gətirib çıxaracaq” – FOTOLAR

Ermənistanda fəaliyyət göstərən “Luys” Fondunun eksperti Derenik Xaçaryan bölgədəki hazırkı vəziyyət, Bakı və İrəvanın hansı mövqelərdə qərarlaşması, müharibə olarsa nələrin baş verəcəyi barədə maraqlı fikirlər səsləndirib. JAMAZ.İNFO xəbər verir ki, sözügedən erməni ekspert hazırda Ermənistan üçün ölümcül vəziyyətin yarandığını bildirib.

O deyir ki, istər Ermənistan Təhlükəsizlik Şurası, istərsə də hökumətin iclaslarında baş nazir Nikol Paşinyanın çıxışından gəlinən nəticə odur ki, İrəvan ölümcül problemə üzləşib. Onun sözlərinə görə, hazırda Ermənistanda hamı bu vəziyyətdən narahatdır. “Nə olacaq? Yeni müharibə? Vəya yeni kapitulyasiya? Bəlkə ikisi birlikdə?”

Xaçaryanın yanaşmasındakı maraqlı məqam Azərbaycan v Ermənistanın hal hazırda hansı mövqelərdə olması ilə bağlı müqayisəsidir. O faktiki vəziyyəti aşağıdakı kimi sistemləşdirib:

“- Azərbaycan həm Ermənistan, həm də Qarabağla sərhəddə bütün əlverişli mövqelərə, yüksəkliklərə və strateji qovşaqlara nəzarət edir.

– Ötən ilin mayında, sonra isə noyabrda Azərbaycan Ordusunun atdığı addım nəticəsində Ermənistanın şimalı ilə cənubunu ayıran ən dar hissədə (Körfəz hissəsi) strateji yüksəklikləri ələ keçirib, mümkün hərbi münaqişə üçün əlverişli platforma yaradıb. Cəmi 2 saat və ya gün ərzində Ermənistan-İran quru əlaqəsini kəsmək mümkündür.

– Bu ilin mart ayında azərbaycanlılar Pirlər və Fərrux kəndləri arasında strateji əhəmiyyətli yüksəkliklərə nəzarəti əldə edərək, Qarabağda oxşar strateji üstünlük əldə etdilər. Burada da Azərbaycan qısa müddətdə Qarabağın şimalını cənubdan kəsmək baxımından real təhlükə yaranıb. Bu, həm də Qarabağda ermənilərin nəzarəti altında olan ərazinin ən dar hissəsidir.

– Azərbaycan Qarabağın Ermənistanla sərhədlərinin bütün istiqamətlərində digər strateji yüksəkliklərə də sahib olub. Naxçıvan, Vardenis bölgəsi, Cermuk və s. Ermənistan hakimiyyətinin Yerasx sektorunda qoşunların geri çəkilməsi ilə bağlı təklifi də bu istiqamətdə eyni riskləri yaradır.

– Strateji əhəmiyyət kəsb edən yollar, o cümlədən İrəvanı Qafan və Sünik rayonunun digər rayonları ilə birləşdirən yeganə etibarlı yol olan Ermənistan-İran dövlətlərarası yolu Azərbaycanın nəzarətinə keçib.

– Qarabağda ətrafındakı rayonların mina xəritələri təhvil verilib ki, bu da həm Kəlbəcər və Laçlna, həm də Azərbaycan qoşunlarının Qarabağ istiqamətində hərəkətini – mümkün hücum əməliyyatlarını əhəmiyyətli dərəcədə asanlaşdıracaq.

– Silahlı Qüvvələrin döyüş effektivliyi tarixin ən pis səviyyəsindədir. Nəinki itirilmiş texnikaların yeri doldurulmayıb, əksər təcrübəli zabit və komandirlər işdən çıxarılıb.

– Ermənistan son 1,5 ildə Azərbaycanın gündəmə gətirdiyi ilkin şərtləri ardıcıl olaraq yerinə yetirib: 10 noyabr bəyanatında nəzərdə tutulmayan ərazilərin təhvil verilməsi, bütün azərbaycanlı əsirlərin qarşılıqlı şəkildə qaytarılması, minalanmış ərazilərin xəritələrinin təhvil verilməsi, delimitasiyaya hazır olmaq və suveren ərazi olmadan demarkasiya prosesini aparmaq,  birinci müharibə zamanı həlak olmuş azərbaycanlıların meyitlərinin qaytarılması, sülh müqaviləsi imzalamağa hazır olması, Azərbaycanın 5 bəndlik təklifi, o cümlədən ərazi bütövlüyünün tanınması bəndinin qəbul edilməsi və s. Bu cür güzəştli siyasət mütəmadi olaraq İrəvan, Sünik və Süniklə bağlı ambisiyalarından danışan Azərbaycanın iştahını cilovlamaqla yanaşı, həm də ikincini ruhlandırır.

– Əslində, əgər düşmənin bütün ilkin şərtləri yerinə yetirilirsə, o zaman gələcəkdə onlardan hər hansı birinin mümkün rədd edilməsi problemin hərbi yolla həlli ehtimalını artırır.

– 44 günlük müharibədən sonra nəinki ictimai həmrəyliyi bərpa etmək üçün heç bir iş görülməyib, ölkə daha da parçalanmış, bərbad və ruhdan düşmüş vəziyyətdədir”.

Erməni ekspert bildirir ki, bunlar mümkün qaçılmaz müharibə və yaxud kapitulyasiyadan əvvəl yaşadıqları ilkin şərtlərdir. O mümkün sennarilər də sadalayıb. “Birincisi, yeni kapitulyasiyadır. Müharibədə uğur qazanmağın qeyri-müəyyən perspektivini dərk edən hökumət yenidən təslim olmağa gedəcək və ya Əliyevin dediyi kimi Ermənistanın baş naziri, əslində, təqdim olunan bütün ilkin şərtləri qəbul edərək, sülh sazişi üzrə sürətli danışıqlar prosesini təşkil etməyə başlayacaq. Bu, ən yaxşı halda, müharibəni qısa müddətə təxirə salacaq. Azərbaycan isə bununla mövqeyini daha da gücləndirəcək”.

O ikinci versiya olaraq yeni müharibənin olacağını səsləndirib. “lkin şərtləri nəzərə alsaq, bu, çox güman ki, tez məğlubiyyətə gətirib çıxaracaq. Ermənistanın mümkün parçalanması və Qarabağın  yenidən kapitulyasiyası ilə yekunlaşacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button