GündəmManşet

Dünən gecə Qarabağda nə baş verib? – TƏFƏRRÜAT

Xəbər verildiyi kimi, dünən Qarabağdakı qanunsuz silahlı dəstələrin snayper atəşi açması nəticəsində bir həbçimiz Şəhid olub. JAMAZ.İNFO xəbər verir ki, hadisə Xocavənd istiqamətində baş verib.

Qeyd edək ki, hadisədən sonra Azərbaycan Ordusu düşmən mövqelərini atəşə tutaraq, Şəhid əsgərimizin qisas alması üçün əməliyyat keçirib. Hərçənd Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı açıqlamasında Ordumuzun hər hansı bir əməliyyat keçirmədiyini, ermənilərin öz aralarında atışma baş verdiyini bəyan edib.

Bəs, dünən gecə nə baş verib? Erməni mətbuatının yaydığı məlumata görə, dünən gecə saatlarında Xocalı rayonunun Harov kəndi yaxınlığında. Habelə Xocavənd rayonun Noraşen, Ağdərə qəsəbəsinin yaxınlığında yerləşən bir neçə yüksəklikdəki erməni mövqeləri iri çaplı silahlardan intensiv atəşə tutulub. Ən ağır atışma isə Harov və Noraşen kəndlərində baş verib.

Atışma nətiəcəsində 6 erməni hərbçisinin yaralandığı, onlardan ikisininin ağır vəziyyətdə olduğu deyilir. Xankəndidəki erməni separatçılarının yaydığı məlumata görə, həmin hərbçilər şəhər xəstəxanasında müalicə alırlar. Onlar hər hansı bir itkilərinin olmadığını, gecə baş verən hadisədə ərazi itirmədiklərini vurğulayıblar.

JAMAZ.İNFO-nun əldə etdiyi məlumatlarda isə deyilir ki, dünən bir əsgərimizn Şəhid olmasından sonra Azərbaycan Ordusunun bölmələri Xocavənd, Xocalı və Ağdərə istiqamətlərində düşməni cəzalandırmaq məqsədi ilə tədbirlər görməyə başlayıb. Harov və Noraşen kəndlərində gedən intensiv döyüşlər zamanı ermənilərin iki postu tamamilə dağıdılıb. Düşmən tərəfin yaralılarının sayının 6-dan çox olduğu vurğulanır.

Mənbəlimiz bildirir ki, Harov və Noraşendəki erməni postları hal hazırda Azərbaycan Ordusunun nəzarətindədir. Dünən gecədən əraziyə gəlmiş rus sülhməramlılarının nümayəndəsi isə prosesi sakitləşdirmək üçün bir neçə saat danışıqlar aparıb.

Lakin danışıqların əvvəlcə heç bir faydası olmayıb. Daha doğrusu, Azərbaycan tərəfi əsgərimizi Şəhid edən erməni snayperin tapılaraq, təhvil verilməsini sülhməramlılardan tələb ediblər. Bunun üçün qarşı tərəfə 24 saat vaxtın verildiyi deyilir. Əks təqdirdə, Azərbaycan Ordusu bütün təmas xətti boyu zəruri tədbirlər görməyə başlayacağını bəyan edib. Məhz bu danışıqlardan sonra atəşkəs elan edilib.

İlkin məlumatlara görə, Xankəndinə dönən sülhməramlı kontingentin rəsmisi ermənilərlə danışçıq aparıb. Onlardan həmin snayperin tapılaraq, təhvil verilməsini istəyib. Əks təqdirdə, baş verəcək olaylara görə, məsuliyyət daşımayacaqları barədə xəbərdarlıq ediblər. Erməni tərəfi isə cinayətkarı təhvil verməmək üçün müxtəlif bəhanələr gətirirlər.

Son məlumatlara görə, hal hazırda bölgədə nisbi sakitlikdir. Azərbaycan Ordusuna dünən gecədən verilmiş yüksək hazırlıq vəziyyəti barədə əmr isə qüvvədən düşməyib. Belə ki, Ordumuz hazırda yüksək döyüş hazırlığı vəziyyətində xidmətini davam etdirir.

JAMAZ.İNFO xəbər verir ki, dünən bir əsgərimizin Şəhid olması xəbərindən sonra ermənilər “bayram” edirlər. Onlar ötən şənbə günü Ağdərədə bir erməninin öldülüməsinin qisasının alındığını, bundan sonra “qana qan” prinsipi ilə hərkət etmək lazım olduğunu bildirirlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button