ManşetMedia

Elçin Sadıqov və Əvəz Zeynallı həbs olundular

Binəqədi Rayon Məhkəməsi Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsinin təqdimatını təmin edərək jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. 

Əvəz Zeynallı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma), Sadıqov isə 32.5, 311 (rüşvət almaya köməkçilik etmək) maddəsiylə ittiham olunurlar.

Onların vəkilləri bildirib ki, prokurorluq cinayət təqibini KİV-də və sosial mediada yayılan məlumatlar əsasında başlayıb və işdə konkret şikayətçi yoxdur.

Məhkəmə qərarlarından apellyasiya şikayətləri veriləcək.

Bir neçə gün əvvəl “haqqin.az” portalının baş redaktoru Eynulla Fətullayev sosial media hesabında iddia etmişdi ki, Ə.Zeynallı sentyabrın 3-də hədə-qorxuyla həbsdə olan biznesmen Rasim Məmmədovun ailəsindən 20 min manat pul tələb edib.

Əvəz Zeynallı “yutub” kanalında bu iddiaları rədd etmiş və bunların böhtan olduğunu bildirmişdi.

İttihamda adı keçən vəkil Elçin Sadıqov da “Haqqin.az” saytının yazdıqlarını qara-piar adlandırmışdı. Vəkilin sözlərinə görə, Əvəz Zeynallının biznesmenin yaxınlarından pul alması barədə deyilənlər yalandır. O, bunun sadəcə azad sözə hücum olduğunu vurğulamışdı.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button