AraşdırmaManşet

Erməni əsirlərin valideynləri uşaqlarını geri qaytarmaq üçün “vor zakon”ları vasitəçi salıblar

Xəbər verildiyi kimi, noyabrın 16-da ermənilər sərhəddə təxribata əl atdıqdan sonra 32 əsgər əsir düşüb. Hərçənd Azərbaycan tərəfi əsir düşmüş erməni əsgərlərin sayı barədə hər hansı bir rəsmi açıqlama verməyib. Bu rəqəmi isə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında açıqlayıb.

JAMAZ.İNFO xəbər verir ki, əsir düşən erməni əsgərlərin valideynləri İrəvanda bütün rəsmi qurumlara, habelə beynəlxalq təşkilatlara üz tutublar. Onlar uşaqlarının əsirlikdən geri qaytarılmasını istəyiblər. Lakin hər hansı bir müsbət cavab ala bilməyiblər. Hökumət dairələrində onlardan yalnız əsir düşən əsgərlərin adlarını soruşub, qeyd aparıblar.

Ermənistan mətbuatı isə bu məsələ ilə bağlı çox maraqlı bir məlumat açıqlayıb. JAMAZ.İNFO xəbər verir ki, həmin maraqlı məlumat ondan ibarətdir ki, əsir düşən erməni əsgərlərin valideynləri hökumət və beynəlxalq təşkilatlardan bir səs çıxmadığını görüb, “vor zakon”lara üz tutublar. Belə ki, onlardan xahiş ediblər ki, uşaqlarını geri almaq üçün vasitəçilik etsinlər. Bunun müqabilində isə böyük məbləğli pullar təklif edənlər də olub. Lakin həmin “vor zakon”ların onlara hansı cavab verdikləri barədə heç bir məlumat yoxdur.

Qeyd edək ki, ermənilərin ağlında I Qarabağ müharibəsinin havası qalıb. Elə zənn edirlər ki, indi 90-cı illərdir və həminki dönəmlərdə olduğu kimi, “vor zakon”, “avtoritet”ləri vasitəçi salıb, nəsə əldə edə biləcəklər. Daha anlamırlar ki, dövr həmin deyil.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button