GündəmManşet

Erməni dustaq Azərbaycanda cəza çəkməyə hazır olduğunu deyib: “Daha dözə bilmirəm”

Ermənistan həbsxanalarından birində qəribə hadisə yaşanıb. JAMAZ.İNFO xəbər verir ki, İrəvan həbsxanasında cəza çəkən Serob Harutyunyan adlı məhkum döyüldüyünü bildirib.

Belə ki, döyüldükdən sonra məsələnin ötr-basdır edildiyini qeyd edib. Bundan sonra isə o, Ermənistan hökumətinə mnüraciət edib. “Məni vəhşicəsinə döyüblər. Lakin döyülmə faktımı ört-basdır etmək istəyirlər. Sizə müraciət edərək bildirirəm ki, məni bir erməni əsirlə dəyişdirilmək müqabilində Azərbaycana təhvil verin. Azərbaycan dilini öyrənməyə, Azərbaycanlıların inandıqları dini də qəbul etməyə hazıram. Cəzamı Azərbaycan həbsxanalarında çəkmək istəyirəm. Burada daha dözə bilmirəm”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button