GündəmManşet

Erməni ekspert: “Rusiyanı Qarabağın kimdə olması maraqlandırmır, əsas odur ki, münaqişə həll olunmasın”

“Rusiyanın hər zaman Qarabağ problemi olmalıdır. Çünki bunun sayəsində o, bölgədə qoşun saxlaya və Cənubi Qafqaza nəzarət edə biləcək. Gələcəkdə Şimali Qafqazı və bir çox başqa şeyləri itirməyəcək”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri erməni politoloq Stepan Danielyan deyib.

Onun sözlərinə görə, Rusiya üçün Qarabağın kimdə olması əhəmiyyətli deyil. “Rusiya üçün fərqi yoxdur ki, Ermənistan Azərbaycan ərazisini işğal etsin, yoxsa Azərbaycan Ermənistanın. Əsas məsələ mübahisədir. Qarabağ məsələsi ondan asılıdır. Hətta orada bircə erməni olsa belə, Rusiya orada qalmağa çalışacaq. Ona görə ki, Qərb bu münaqişə fonunda bölgədən uzaq duracaq”.

Danelyan Amerikanın da Qarabağ məsələsi ilə bağlı mövqeyinin fərqli olduğunu vurğulayıb. O deyir ki, ABŞ-ın Qarabağın məsələsinin həllinə ehtiyacı var. “ABŞ üçün də fərq etmir ki, Qarabağ bizim olacaq və ya Azərbaycan bundan razı qalacaq və ya qalmayacaq. Onları Qarabağda bir erməninin belə qalmaması da maraqlandırmır. ABŞ-ın istəyi odur ki, Qarabağ məsələsi bitsin. Əsas hədəfi isə Qarabağ məsələsi bitdikdən sonra Rusiyanı Cənubi Qafqazdan, daha sonra isə Orta Asiyadan çıxarmaqdır”.

Erməni ekspert bildirir ki, Türkiyə bu məsələdə tərəfdaşdır və gələcəkdə İran, Rusiya, Çin üçün problemdir. “Amma digər tərəfdən Türkiyənin də problemləri olmalıdır ki, Amerikanın başı üzərindən iş görməsin. Ona görə də, Türkiyə üçün kürd, “soyqırım” problemləri yaradıblar. Bu da türklər üçün başağrısıdır”.

Danelyan Avropa Birliyinin mövqeyini də şərh edib. “ABŞ-ın maraqları Avropanı təmin edir. Bu onlara da lazımdır. Regionumuzun geosiyasi planı budur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button