GündəmManşet

Erməni general: “Bu gün Qarabağın statusu döşəmənin altındadır”

Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin iclasında “Qarabağın statusu ilə bağlı tələblərimiz aşağı salınmalıdır” fikri ölkəsini qarışdırıb. Artıq bir həftəyə yaxındır ki, erməni müxalifəti davamlı olaraq aksiyalar keçirir. JAMAZ.İNFO xəbər verir ki, Paşinyanın fikirləri isə mütəmadi olaraq müzakirə olunur və onun hansı addımlar ata biləcəyi barədə müxtəlif fikirlər səsləndirilir.

Qarabağdakı separatçıların qondarma “müdafiə ordusu”nun keçmiş “komandiri”, Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargah rəisi olmuş Movses Akopyan açıqlamasında deyib ki, Nikol Paşinyanın Şuşa haqqında dedikləri yalandır. “Baş nazir yalan danışır. O deyir ki, guya, müharibə Şuşa üçün olub. Paşinyan həqiqəti özü deməlidir”.

O qeyd edib ki, Paşinyan Qarabağın statusu ilə bağlı tələblərin səviyyəsinin aşağı sala bilməz. “Qarabağın statusu faktiki olaraq, döşəmənin altındadır. Yəni, bundan aşağı yer yoxdur. Bu gün Azərbaycan Qarabağ məsələsi ilə bağlı danışıqlar aparmır. Ümumiyyətlə, məsələ ilə bağlı bizdən soruşan da yoxdur”.

Akopyan iddia edib ki, guya, Azərbaycanın hədəfi təkcə Qarabağ deyil. “Bakının iştahı çox genişdir. Bu gün təkcə, Qqarabağ üçün deyil, həmçinin Sünik üçün də real təhlükə yaranıb”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button