ManşetÖlkə içi

Erməni hərbi ekspert: “Azərbaycan Laçından sonra Kərki, Xankəndi və anklavları götürəcək”

“Strateji əhəmiyyət kəsb edən mövqeləri maneəsiz nəzarətinə alan Azərbaycan, Qarabağ və Ermənistan istiqamətində irəliləyir”. JAMAZ.İNFO xəbər verir ki, bu sözlərin müəllifi erməni hərbi ekspert Van Hambardzumyandır.

Onun sözlərinə görə, Qarabağda vəziyyət aydındır. “Son hadisələr zamanı Azərbaycanın Qarabağdakı hərbi hissələri vurması təsdiq edir ki, üstünlük onlardadır.Eyni zamanda, Azərbaycan silahlanmağa davam edir, biz isə sülhə hazırlaşırıq”.

Ekspertin fikrincə, Azərbaycan heç vaxt sakitləşməyəcək və hücumçu yanaşmasını dayandırmayacaq. “Onlar bu barədə açıq danışırlar. Laçından sonra onlar Naxçıvandan yavaş-yavaş, lakin aydın şəkildə Kərkiyə doğru irəliləyəcəklər. Xankəndi istiqamətində də vəziyyəti sərtləşdirəcəklər. Fikrimcə, növbəti hədəf anklavlardır. Bu, baş verərsə, biz İrəvandan Cermuka birbaşa gedə bilməyəcəyik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button