ManşetSiyasət

Erməni hərbi ekspert: “Rusiya və İran Azərbaycana hücum edəcək”

“Rusiya həmin ərazilərdən geri çəkilməyəcək, lakin Rusiya sülhməramlılarına qarşı aparılan proseslərin qarşısını almaq üçün də konkret addımlar ata bilər”. JAMAZ.İNFO xəbər verir ki, bunu erməni hərbi ekspert Hayk Nahapetyan Qarabağdan danışarkən deyib.

O iddia edib ki, Rusiya eyni anda həm Ermənistana, həm də Azərbaycana hücum edə bilər. “Məsələn, istisna etmirəm ki, bu günlərdə gərgin İran-Azərbaycan münasibətləri fonunda yaxın gələcəkdə İran vasitəsilə Azərbaycanın qalib ordusunu cəzalandırmaq üçün hərbi toqquşmalar olacaq. İran isə hərbi-siyasi rəhbərliyi əsasən Türkiyə, İsrail və ABŞ-ın nəzarətində olan Azərbaycan ordusunu məhv etməkdən məmnun olacaq”.

Qeyd edək ki, erməni hərbi ekspertin ya hərbidən xəbəri yoxdur, ya da öz arzularını ifadə edib. Bəli, doğrudur ki, Azərbaycan və İran arasında münasibətlər gərgindir. Lakin bu gərginlik müharibə səviyyəsində deyil. Zaman içində belə vəziyyətlər olub və hər dəfəsində diplomatik yollarla problemlər çözülüb.

Həmçinin İranın Azərbaycana hərbi müdaxiləsi öz daxilində ciddi parçalanma ilə yanaşı, həm də Güney məsələsinin daha qabarıq formada ortaya çıxmasına səbəb ola bilər. Zaman içində Tehranın Bakıya hətta ritorik formada təhdidləri olanda belə, ona ilk cavabı Təbriz verib. Bunu bir erməni hərbi ekspert bilmirsə, deməli, onun öz sahəsindən belə xəbəri yoxdur.

Rusiyanın həm Azərbaycana, həm də Ermənistana hücum edə biləcəyi barədə sərsəmləmə isə daha çox nağıla bənzəyir. Hazırda Rusiya Ukrayna bataqlığında çabalayır və Kreml indiki məqamda ikinci cəbhənin açılmasına maraqlı deyil. İkinci tərəfdən, Rusiya müttəfiqi hesab etdiyi Azərbaycana niyə hərbi müdaxilə etsin ki?

Görünən odur ki, Hayk Nahapetyanın ümumiyyətlə, siyasətdən xəbəri yoxdur.Elə hərbi bilikləri də 44 günlük müharibədəki erməni zabitlərindən fərqlənmir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button