CəmiyyətManşet

Erməni könüllü dəstələri Sünik istiqamətində sərhəddə toplaşır: “Hücum əmri gözləyirik”

Azərbaycan-Ermənistan sərhəddində son 3 gün ərzində tam sabit olaraq qalıb. JAMAZ.İNFO xəbər verir ki, Qara göl yaxınlığında və Süniklə sərhəddə yerləşmiş hərbiçilərimiz mütəmadi olaraq, postlarını qoruyur və qaydalara uyğun olaraq, qarovul dəyişikliyi edirlər.

Bildirək ki, erməni tərəfi bu sakitlikdən ciddi şəkildə narahat olmağa başlayıb. Onlar iddia edirlər ki, bölgəyə əlavə qüvvə gətirməyən Azərbaycanın məqsədi gizli ola bilər. Bu “gizlilik” isə guya ondan ibarətdir ki, Azərbaycan Ordusu gecəylə yeni ərazilərə yerləşəcəklər. Təbii ki, bu ermənilərin qorxularından uydurduqları yalandan başqa bir şey deyil.

Lakin Ermənistan sərhəddinin Sünik istiqamətində əraziyə yerləşmiş könüllülərin dinc durmadığı diqqəti çəkib. Elə erməni mediası yazır ki, bölgədəki könüllü dəstələr silahlıdırlar və onlar Azərbaycan əsgərlərinin qarşı tərəfdə olması ilə barışmaq istəmirlər. Hətta bəzi media orqanları belə vəziyyətin gec-tez silahlı toqquşmaya gətirib çıxara biləcəyini də gizlətmir.

Bu azmış kimi, Ermənistanın müxtılif bölgələrindən Sünikə silahlı dəstələrin gətirildiyi də müşahidə edilir. Maraqlıdır ki, sərhəddə silahlı dəstələrin gətirilməsini ermənilər “bəh-bəh”lə tirajlayırlar. “Bölgədəki könüllü dəstələr sərhəddi qorumaq və Azərbaycan Ordusunun daha da irəliləməməsini önləmək üçün oradadırlar. Başqa şəhərlərdən də xeyli sayda könüllülər gəlməkdədirlər. Onlar əmr gözləyir və hər an hücum etməyə, torpaqları azad etməyə hazır olduqlarını bəyan edirlər”.

P.S. Görünən odur ki, 44 günlük müharibə ermənilərə dərs olmayıb. Bütöv bir nizami ordusunu itirmək həddinə çatan düşmən Azərbaycan Ordusuna qarşı könüllü dəstələrlər müharibə etmək istəyirsə, o zaman aqibətinin nə olacağını indidən demək elə də çətin deyil.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button