ManşetSiyasət

Erməni mediası: “Rus hərbi komandanlığı Azərbaycanın qara kürüsündən yeyib, lal olublar”

44 günlük müharibədən sonra aciz duruma düşən ermənilər hər yerdə düşmən axtarırlar. JAMAZ.İNFO xəbər verir ki, bir müddət əvvəl ABŞ, Fransa və digər ölkələri “düşmən” çıxaran ermənilər, indi də rusları özlərinin başlıca “düşməni” saymağa başlayıblar.

Belə ki, “Armenian Report” Xəbər Agentliyi dərc etdiyi məqaləsində son bir həftə ərzində Naxçıvanla sərhəddimizdə yerləşən Yerasx qəsəbəsində atışmaların olduğunu, itkilərin varlığı barədə məlumat verib. Eyni zamanda, bu prosesdə rus hərbçilərinin yaxalarını kənara çəkdiyini, heç nəyə qarışmadığını vurğulayıb. “Biz hələ də anlaya bilmirik ki, Rusiya bizim müttəfiqimizdir, yoxsa Azərbaycanın? Onlar bizə heç bir kömək göstırmilər. Yerasxda vəziyyət elədir ki, Azərbaycan Ordusu hər an qəsəbəni götürə bilər. İrəvan susur, ondan 50 dəqiqəlik məsafədə yerləşən qəsəbə ilə maraqlanmır. Müdafiə Nazirliyində isə bacarıqsız və vicdansız generalılar əyləşib. Gümrüdəki hərbi bazanı düşünürsüz? Düşünməyin, onlar heç nəyə qarışmırlar”.

“Armenian Report” yazır ki, rus hərbçilərinin proseslərə qarışmamasının təlimatı Moskvadan gəlir. Məqalə müəllifi iddia edir ki, Kremlin ermənilərə dəstək verməməsi Bakıdakı siyasi hakimiyyətin təsirlərinin nəticəsidir. “Görünən odur ki, istər Kremldə oturanlar, istərsə rus hərbi rəhbərliyi Azərbaycanın onlara verdiyi qara kürü və çanta dolu manatların qarşsında lal olublar. Onlar müttəfiqləri Ermənistanı unudub, Azərbaycanın arzularını reallaşdırırlar. Onların susmasının başqa adı yoxdur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button