CəmiyyətManşet

Erməni nazir müavini: “Qarabağ məsələsində tezliklə nəticə əldə olunacaq”

“Rəsmi İrəvanın mövqeyi dəyişməyib. Biz Türkiyə ilə heç bir şərt irəli sürmədən münasibətlərimizi bərpa etməyə hazırıq”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Ermənistan XİN başçısının müavini Avet Adons deyib.

Onun sözlərinə görə, hazırda Türkiyə tərəfi şərtlə danışır. “Faktiki olaraq Ermənistan və Türkiyə tərəfləri heç bir dialoq aparmırlar”.

Nazir müavini “Müharibədən sonra hansı regional əməkdaşlıq məsələləri təklif edilir” sualına cavab olaraq deyib ki, əsas məsələ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsidir. “Hazırda Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Minsk Qrupu həmsədrlərinin iştirak etməsi müzakirə mövzüsudur. Başqa hər hansı bir format barədə müzakirə aparılmır. Minsk Qrupu fəaliyyət göstərir. Ümid edirəm ki, tezliklə nəticə əldə olunacaq”.

Adons Türkiyə ilə münasibətlər məsələsinə yenidən toxunaraq qeyd edib ki, hazırda əlaqələr sıfır həddindədir. “Mən müharibə ilə bağlı hər hansı ilkin şərt barədə eşitməmişəm. Həmçinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində Türkiyə tərəfinin iştirak edəcəyi və ya bununla bağlı hər hansı təklif irəli sürdüyündən də xəbərsizəm”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button