ManşetSiyasət

Erməni politoloq: “Ermənistanın məğlubiyyəti 10 noyabrda yox, sülh sazişindən sonra olacaq”

Ermənistan müxalifəti son seçkilərdəki məğlubiyyətdən sonra bir qədər vaxt götürərək, yeni addımlarını müzakirə etməyə başlayıb. JAMAZ.İNFO xəbər verir ki, Koçaryan və onun dəstəsi Nikol Paşinyana vaxt verdiyini və gedişatı gözlədiyini deməkdən də çəkinmir.

Erməni politoloq Armen Baqdasaryan isə deyir ki, hazırda Ermənistan müxalifəti pauza götürüb və Nikol Paşinyanın hərəkətlərini diqqətlə izləyir. Onun sözlərinə görə, əsas diqqət isə yeni hökumətin Qarabağ və sərhəd məsələsində Azərbaycanla hansı şəkildə danışıq aparacağıdır. “Əgər Paşinyan hökuməti Azərbaycana ciddi güzəştə gedəcəksə, müxalifət etiraz aksiyalarına start verəcək”.

O qeyd edib ki, hər şey xarici siyasətdə gedişatın inkişaf səviyyəsindən asılı olacaq. “Qarabağ məsələsi ətrafında, Azərbaycanla imzalanacaq sazişlə bağlı çox şey danışırlar. Nəzərimcə, radikal müxalifət məhz bu səbəbdən pauza götürüb. Gözlətilərə budur ki, Paşinyanın bu istiqamətdə atacağı addımlar erməni tərəfi üçün çox ağır nəticələr verəcək”.

Baqdasaryan hesab edir ki, bu proseslər iki istiqamətdə inkişaf edə bilər. “Birincisi, Qarabağın gələcəyidir. Bu məsələ ilə bağlı danışıqlar mütləq aparılmalıdır. Bunu ATƏT-in Minsk Qqrupu da təkidlə tələb edir. Lakin erməni tərəfi təəssüf ki, burada subeyktivliyini itirib. İkinci məsələ isə Azərbaycanla sülh razılaşmasıdır. Buraya sərhədlərin demarkasiya və delmitasiyası, habelə dəhliz məsələsi daxildir. “Haystan” bloku, xüsusən də Robert Koçaryan bu proseslərdən özü üçün uyğun vaxtı gözləyir. Əlverişli şərait yaranan kimi, küçə döyüşlərinə başlayacaq. Hazırkı durum tufandan öncəki sakitliyə bənzəyir”.

Erməni politoloq vurğulayır ki, Paşinyan Azərbaycanla sülh sazişi bağlamağa gedəcək. Onun sözlərinə görə, Ermənistanın baş naziri son seçkilərdən sonra zənn edir ki, istənilən addımı ata bilər. “Lakin müqaviləni xalqdan gizlətmək mümkün olmayacaq. Həmin sənəd ictimaiyyətə açıqlanacaq və bir çox insanların gözləri açılacaq. Onlar anlayacaqlar ki, Qarabağdakı məğlubiyyət 10 noyabrda başa çatmayıb. Əksinə, indi başlayır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button