GündəmManşet

Erməni polkovnik: “Cermux və ətrafındakı dağlar artıq ermənilərdə deyil”

Bir neçə müddətdir sosial şəbəkələrin erməni seqmentində aktiv şəkildə Azərbaycan Ordusunun Cermux və Sisyan istiqamətində irəlilədiyi, hətta bir neçə geniş əraziyə nəzarəti əldə etdiyini müzakirə edirlər. JAMAZ.İNFO xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi bu barədə yayılmış məlumatları təkzib edib. Azərbaycan Müdafiə Nazirliyi isə bu barədə danışmağı belə özünə rəva görməyib.

Lakin erməni tərəfi məsələni daha geniş şəkildə müzakirə etməkdədir. Ermənistanda ehtiyatda olan polkovnik Volodya Hovhannisyan bildirib ki, Cermux və onun ətrafındakı dağlar artıq ermənilərin əlində deyil. “O dağlar artıq bizim deyil. Cermuk indi azərbaycanlıların əlindədir. Cermukun mənbəyini İstisuya yönəltmək üçün burada artıq qazma işləri gedir, yəni Cermuk bizdə olmayacaq. Başa düşürsən?”.

Qeyd edək ki, Hovhannisyan bir müddət əvvəl keçirdiyi mətbuat konfransında da eyni fikirləri səsləndirmişdi. O demişdi ki, Azərbaycan Ordusu 4 gün əvvəl Cermuk dağlarından Sisiana qədər təxminən 2 km enərək yeni ərazilərə nəzarəti əldə ediblər.

Bildirək ki, Cermux və Sisyan Ermənistanın ərazisidir. Azərbaycan Ordusu isə indiyə qədər bir qarış da olsun, Ermənistan torpaqlarına daxil olmayıb. Ermənilərin belə açıqlamalar verməsi isə isterik vəziyyətlərindən irəli gəlir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button