GündəmManşet

Erməni separatçısı: “Qərb müharibəni Qarabağa transfer etmək istəyir”

Qarabağdakı qondarma “ədalət partiyası”nın “həmsədri” Akop Akopyan bölgədə baş verənlər barədə danışaraq, etiraf edib ki, istər ruslar, istərsə də amerikalılar həmişə onlara maşa kimi baxıblar. JAMAZ.İNFO xəbər verir ki, Akopyan bildirib ki, Ukraynada baş verənlərin analogiyasının Qarabağda olmasına imkan vermək olmaz.

Onun sözlərinə görə, ABŞ və Böyük Britaniyanın hazırkı strateji məqsədi Ukraynaya kömək etmək və ya münaqişə edən tərəfləri danışıqlar masasına oturtmaq deyil, əksinədir. “NATO Rusiyaya qarşı elə hibrid müharibə aparır ki, Ukrayna döyüş meydanı kimi ona xidmət edir, ukraynalılar isə canlı hədəfdir. Onların digər üstünlüyü ondan ibarətdir ki, o, Ukraynada Rusiyanı hərbi cəhətdən zəiflədə, eyni zamanda nüvə dövləti ilə birbaşa qarşıdurmadan qaça bilər. Bu baxımdan, onlar Rusiya sərhədləri yaxınlığında sabitliyi pozan qaynar nöqtələri alovlandırmalıdırlar ki, bu da Rusiyanı yönləndirəcək və zəiflədəcək”.

Qarabağdakı erməni separatçısı hesab edir ki, NATO və müttəfiqləri Ukrayna silahlı qüvvələrini nə qədər uzun müddət silahla təmin edərlərsə, Rusiyanın apardığı hərbi əməliyyat bir o qədər dağıdıcı olacaq. “Ermənistan və Qarabağ bu reallıqda Qərbin və ya ABŞ-ın əlində alətə çevrilməməlidir. Əks halda indiki döyüş meydanı onun oyun qaydalarına uyğun olaraq bizə keçəcək”.

Akopyan hazırkı vəziyyəti 1942-1943-cü illərdəki vəziyyətlə müqayisə edib. “Həmin illərdə Türkiyə Ermənistan, Gürcüstan sərhədlərində 750 minə yaxın qoşun cəmləmişdi. SSRİ-yə qarşı “ikinci cəbhə” açmaq üçün Stalinqrad uğrunda döyüşün bitməsini gözləyirdi. İndi isə vəziyyət belədir ki, Kiyev uzaqdadır. İrəvan və Xankəndi isə çox yaxındır”.

P.S. Bunlar özləri də etiraf edirlər ki, həmişə kiminsə maşası olublar. Ömürləri boyu yalanla yaşadıqları kimi, qarşılarına çıxan böyük dövlətlərin də altına yıxılmaqdan zövq alıblar. Eyni zamanda, etiraf edirlər ki, Qarabağda onlardan sadəcə vasitə kimi istifadə olunur. Bu birdəfəlik və ya çoxdəfəlik də ola bilər. Müddətin bir və ya çox olması isə gedişata bağlı məsələdir. 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button