ManşetÖlkə içi

Ermənilər Balasanyanı Xocavənddən qovdular

Qarabağdakı erməni terrorçularının nümayəndəsi, özünü “Təhlükəsizlik Şurasının katibi” kimi təqdim edən Vitali Balasanyan dünən Xocavənd rayonuna gedib. JAMAZ.İNFO xəbər verir ki, rayonda yaşayan ermənilərlə görüşmək istəyən sözügedən şəxs qalmaqalla üzləşib.

Yerli teleqram-kanallarının veridyi məlumatda deyilir ki, Balasanyan sakinlərlə görüşmək istəsə də, onun oturduğu binanın qarşısına toplaşan ermənilər “təhlükəsizlik katibini” rayondan dərhal çıxıb, getməsini tələb ediblər. Əks təqdirdə, onu zorla rayondan çıxaracaqlarını bildiriblər. Görüşün baş tutmayacağını görən sözügedən çğşəxs rayonu tərk etməli olub.

Xocavənddəki ermənilərin Balasanyana belə bir münasibət göstərməsinin səbəbi kimi isə üzləşdikləri ağır sosial və iqtisadi problemlər olduğu vurğulanır. Bildirilir ki, hazırda acınacaqlı vəziyyətdə yaşayan ermənilər Xankəndidəki terrorçulardan heç bir dəstək almaqdıqlarını, durumlarının ağır olduğunu və onları belə vəziyyətə saldlqlarına görə ittiham ediblər.

Lakin erməni mətbuatı məsələni Njdenin heykəli ilə calamağa çalışırlar. Onlar yazırlar ki, Balasanyan Xocavəndə Njdenin heykəlinin götürülməsi üçün gedib və bununla bağlı əhalinin fikrini öyrənib. “Xocavənd camaatı Balasanyana qəti şəkildə bildiriblər ki, Njdenin heykəlinin götürülməsinin əleyhinədirlər. Bundan sonra isə o, Xocavəndi tərk edib”.

Qeyd edək ki, Ermənistan parlamentinin deputatı, “Mənim Addımım” fraksiyasının üzvü Sofiya Ovsepyan da mətbuata açıqlamasında Vitali Balasanyanın Xocavəndə Njdenin heykəlinə görə getdiyini, orada əhali ilə söhbətləşdiyini, lakin ermənilərin heykəlin götürülməsinin əleyhinə olduqlarını deyib.

Xatırladaq ki, erməni teleqram-kanalları Azərbaycan tərəfinin Ermənistana faşist Njdenin Xocavənddəki heykəlinin götürülməsini tələb etdiyini və bununla bağlı mayın 9-na kimi vaxt verdiyinə görə xəbərlər yayıblar. Məlumatın nə dərəcədə doğru olub, olmadığı məlum deyil.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button