ManşetSiyasət

Ermənilər dinc oturmaq istəmirlər: Könüllü batalyonlar yaradılır

Xəbər verildiyi kimi, dünən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatlarından sonra ciddi itki verərək, geri çəkilib. JAMAZ.İNFO xəbər verir ki, düşmən toplam 25 əsgərini itirdiyini, 13 əsgərinin əsir düşdüyünü və 13 yaralısı olduğunu açıqlayıb.

Hazırda vəziyyət necədir?

Son məlumatlara görə, hazırda Azərbaycan-Ermənistan sərhəddində vəziyyət sabitdir. Hər hansı atışma və ya toqquşma yoxdur.

JAMAZ.İNFO bildirir ki, Rusiya sülhməramlı qüvvələri bölgədə təhlükəsizliyi təmin etmək üçün bütün davamlı olaraq monitorinqlər keçirir.

Ordumuz İşxansarın 5 km-də

Erməni mənbələri bildirir ki, Azərbaycan Ordusu dünən düşmən təxribatının qarşısını alarkən, təhlükəsizliyi təmin etmək üçün bir neçə mövqeyə nəzarəti ələ keçirib. Belə ki, Kəlbəcər və Laçın istiqamətlərində ermənilərin yerləşdiyi və davamlı olaraq təxribat törətdikləri iki mövqe Ordumuzun nəzarətinə keçib.

Yerli media və rəsmi qurumlar bildiriblər ki, dünənki döyüşlərdən sonra Azərbaycan hərbçiləri İşxansar kəndinin 5 km-də qərarlaşıblar. Bu isə Naxçıvanla aramızda məsafənin 27 km-ə düşməsinə gətirib çıxarıb.

Ruslar erməni əsgərlərin meyitlərini axtarır

Gələn xəbərlərə görə, bölgəyə gəlmiş rus sülhməramlı kontingenti Ermənistanın xahişinə əsasən dünən döyüş getmiş ərazilərdə erməni əsgərlərin meyidlərini axtarır. JAMAZ.İNFO xəbər verir ki, düşmən təxribatından sonra meyidlərini atıb qaçan ermənilər onların tapılması üçün ruslardan xahiş ediblər.

Rəsmi İrəvan bildirib ki, hazırda onlarda olan məlumata görə, 24 əsgərlərinin aqibətindən heç bir xəbərləri yoxdur. Həmin əsgərlərin döyüşlər zamanı öldürüldüyü və onların meyidlərinin Azərbaycan ərazisində qaldığı qeyd edilir.

İşxansar və Anqexakotda könüllü batalyonlar yaradılır

Döyüşlər dayansa da, ermənilər dayanmaq fikrində deyillər. Onlar hər vəchlə çalışırlar ki, sərhəddə yerləşib, orada təxribat törətsinlər. Elə bu səbəbdəndir ki, Sünik vilayətinin İşxansar kəndinin sakinləri bu gün səhər saatlarından yerli icmanın qarşısına toplaşaraq, könüllü özünümüdafiə batalyonları yaratdıqlarını bəyan ediblər.

Həmin dəstələr Ermənistan hökumətindən təcili olaraq, silah tələb ediblər. Bildiriblər ki, Azərbaycan Ordusu onların 5 km-də dayanıb və onların qarşısını kəsmək üçün kənd sakinlərinin yetərli qədər qüvvələri var. Onlara yalnız silah lazımdır. “Biz heç yerə getmək fikrində deyilik. Hökumətdən tələb edirik ki, təcili olaraq bizə silah versin. Türklər yaxınlığımız gəlib çıxıblar”.

Analoji vəziyyət Sünikin Anqexakot kəndində əd yaşanır. Onlar da könüllülərdən ibarət dəstərlə yaradır və hökumətdən silah tələb edirlər.

Erməni əsgər valideynlər Sünikə axışır

Bu əsnada məlum olub ki, dünənki döyüşlərdən sonra erməni əsgər anaları Sünikə axışmağa başlayıblar. JAMAZ.İNFO xəbər verir ki, bu gün səhər saatlarında Sünikə gələn əsgər analarının sayı onlarla olub.

Onlar dünəndən övladları ilə əlaqə saxlaya və xəbər ala bilmədiklərini deyiblər. Bunun üçün bölgədəki hərbi komandanlığa məlumat almaq üçün müraciət ediblər. Erməni mediası yazır ki, onların müraciətlərinə heç bir cavab verilmir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button