GündəmManşet

Ermənilər Kəlbəcər və Sədərəki atəşə tutur: Düşmən əsgəri yaralanıb

Azərbaycan-Ermənistan sərhəddində vəziyyət yenidən gərginləşib. JAMAZ.İNFO Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, iyulun 26-sı saat 03:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutub.

Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

Əldə etdiyimiz məlumata görə, erməni tərəfi paralel olaraq, Naxçıvan istiqamətində də təxribata əl atmağa başlayıb. Belə ki, Yerasx qəsəbəsi (Arazdəyən) istiqamətindən Sədərk rayonunun sərhəd kəndlərini atəşə tutublar. Gecə saatlarından başlayan atışmanın davam etdiyi, lakin əvvəlki saatlara nisbətən səngidiyi bildirilir.

Azərbaycan tərəfindən itki yoxdur. Erməni tərəfindən isə bir əsgərin yaralandığına dair məlumat var. Bu barədə erməni teleqram kanalları məlumat yayıblar. Onlar bildiriblər ki, erməni əsgəri Kəlbəcər istiqamətində yaralanıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button