ManşetÖlkə içi

Ermənilər Norabakdan qaçmağa başladılar: Düşmənin itkiləri çoxalır

Bu gün səhər saatlarından başlayaraq Azərbaycan-Ermənistan sərhəddində gərginlik pik həddə çatıb. JAMAZ.İNFO xəbər verir ki, Azərbaycan Ordusunun mövqelərinə hücum edən ermənilər geri oturdulub. Düşməni susdurmaq üçün görülən tədbirlər zamanı rəsmi olaraq, 1 erməni əsgərinin öldürüldüyü, 4-nün isə yaralandığı bildirilir.

Lakin Geqarkunik bələdiyyəsinin yaydığı xəbərə görə, ölən erməni əsgərlərinin sayı 2 nəfərdir. Yaralıların da sayı 4-dən çoxdur. Onlardan 2-nin isə vəziyyəti ölümcüldür.

Gələn məlumatlarda qeyd edilir ki, aktiv döyüşlər əsasən Sotk, Norabak və Yuxarı Sorca kəndlərində qeydə alınıb. Bundan başqa, düşmən Kut kəndi istiqamətindən də Ordumuzun mövqelərinə hücuma cəhd ediblər. Amma qısa müddətdə bu hücumun qarşısı alınıb.

Məlumatlardan biri də odur ki, bu gün günortadan sonra Geqarkunik rayonunun Norabak kəndində yaşayan ermənilər evlərini tərk edərək, qaçmağa başlayıblar. Kəndin bələdiyyə başçısı Vazgen Asatryan bildirib ki, camaat ciddi təşviş içindədir. “Kənd camaatı gecələr bir gözü açıq yatır. Döyüş gedən ərazilər bizdən 2 km aralıdadır. Amma elə dağlar, dərələr var ki, Azərbaycan Ordusu oradan hərəkət edərsə, onları görmək mümkün deyil. Onlar dağdan ensələr, düz kəndin mərkəzində dayanacaqlar”.

Asatryan qeyd edib ki, bu gün günortadan sonra kənd sakinlərinin bəziləri evlərini tərk edərək, başqa yaşayış məntəqələrinə gediblər. “Dünənki atışmadan sonra iki ailə kənddən qaçıb. Bu gün daha bir neçəsi evlərini tərk edərək, başqa rayonlara üz tutublar. Amma günortadan sonra kəndi tərk edənlərini çoxaldığını müşahidə edirik. Onlar təhlükəsizlik səbəbindən getdiklərini deyirlər”.

Hazırda atışmanın dayandığı, lakin gərginliyin olduğu kimi qaldığı bildirilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button