ManşetÖlkə içi

Ermənilər panikaya düşüblər: “Azərbaycan Süniki alacaq”

Ermənistan panikadadır. Q əribə hal odur ki, bu panikaya səbəb heç də Rusiyanın Ukraynanı işğal etmək üçün müharibəyə başlaması deyil. Səbəb hazırkı vəziyyətdə Azərbaycanın Ermənistana qoşun yeridə biləcəyi göstərilir.

JAMAZ.İNFO xəbər verir ki, erməni siyasətçiləri, deputatları artıq bu gün səhərdən “Azərbaycan Zəngəzuru zəbt edəcək” kimi sərsəm fikirlər səsləndirməyə başlayıblar. Məsələn, Tiqran Abramyan adlı deputat iddia edir ki, regionda vəziyyət dəyişib və Türkiyə Qafqazda yeni imkanlar əldə etmək üçün Ermənistan və Qarabağa hücum edə bilər. Onun sayıqlamalarına görə, son günlər Ermənistanla sərhəddə və Qarabağda baş verən bəzi hadisələr həmin prosesin təzahürüdür.

Erməni siyasətçi Daniel İoannisyan isə tam “əminliklə” deyir ki, Azərbaycan Sünik vilayətini götürmək üçün hazırlığa başlayıb. “Hər şey çox pisdir. Süniki müdafiə etməyə hazır olmalıyıq. Dünya dünənki deyil.  Problemin güc yolu ilə həlli bu gündən daha “normal” hal alır. Eyni zamanda aydındır ki, Moskva II Sovet İttifaqının yenidən qurulması üçün heç bir vasitədən çəkinməyəcək”.

O iddia edir ki, çox yaxın günlərdə Azərbaycan Ermənistana qarşı addım atacaq. “Nəticədə Kremlin ayağına yıxılaraq, İttifaq dövlətinə qəbul olunmağımızı xahiş edəcəyik. Üstəlik, bütün dünyanın diqqət mərkəzi başqa yerdə olduğu halda, Azərbaycanın hücuma bir saat əvvəl başlayacağı anı qaçırmayacağı da böyük ehtimaldır. Bizim edə biləcəyimiz yalnız bir şey var. Sünikin müdafiəsinə hazırlaşmalıyıq. Nə qədər hazır və güclü olsaq, bu ssenarinin baş vermə ehtimalı bir o qədər az olacaq”.

P.S. Erməni siyasətçilərinin bu cür yanaşması qəribə və ilk deyil. Onlar hər zaman yalanlarla, xəyallarla yaşayıblar. Elə Azərbaycanın Ermənistana hücum edəcəyi barədə sarsaqlamaları da bunun təzahürlərindən biridir. Çünki Azərbaycanın nə Ermənistana, nə də başqa bir ölkəyə hücum etmək, müharibə aparmaq niyyəti yoxdur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button