ManşetÖlkə içi

Ermənilər Pirəhməd, Dördçinar və Qacar istiqamətində nə qədər itki veriblər?  

Qarabağdakı separatçı qüvvələrin “komandanı”, hazırda Ermənistan MN-də yüksək vəzifə tutan Cəlal Harutyunyan haqqında cinayət işi açılıb. JAMAZ.İNFO xəbər verir ki, o, Pirəhmət-Dördçinar və Qacar kəndləri istiqamətində tabeçiliyində olan hərbi hissəni qırğına verməkdə ittiham olunur.

Ermənistan İstintaq Komissiyasının yaydığı məlumatda deyilir ki, Harutyunyan oktyabrın 7-də iki hərbi hissəni əlavə qüvvələri gözləmədən döyüşə buraxıb. Nəticədə, Hadrutda olan əsas qüvvələr çatana qədər tabeçiliyində olan iki hərbi hissə mühasirəyə düşərək, çoxlu təlafat verib. Sözügedən istintaq materiallarında qeyd edilir ki, Harutyunyanın səhvi nəticəsində Pirəhməd-Ddördçinar istiqamətində döyüşdə 44 tank, 29 özüyeriyən topdan istifadə olunsa da, heç bir nəticə əldə olunmayıb. Əksinə, təkcə bir döyüşdə 44 tankdan 19-u, 29 özüyeriyən toplardan 3-ü Azərbaycan Ordusunun sərrast atəşi nəticəsində məhv edilib. Digər tank və toplar isə müxtəlif zərbələr alaraq, istifadəsiz hala düşüblər. Həmin istiqamətdə döyüşlərdə isə bir saat davam edib və ermənilərin canlı qüvvə itkisi 20 nəfər olub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button