GündəmManşet

Ermənilər Qarabağda təxribatlara hazırlaşırlar: Arayik quldurları başına yığdı, separatçılar ultimatumla danışırlar

Qarabağda vəziyyət yenidən gərginləşməyə doğru gedir. Martın 24-də etibarən Azərbaycan Ordusu mövqe və dislokasiya yerlərini dəqiqləşdirməyə başlayandan sonra Fərrux dağı və Daşbaşı yüksəkliyinin terrorçulardan təmizlənməsi Qarabağdakı erməni separatçılarını nəinki ciddi narahat edib, həm də onları təxribata əl atmağa söv etdirib.

JAMAZ.İNFO xəbər verir ki, Ermənistan hökumətinin son açıqlamalarından sonra durum daha da pisləşib. Qarabağda yeni təxribatların baş verməsi isə qətiyyən şübhə doğurmur. Belə ki, bu gün Qarabağdakı erməni separatçıların rəhbəri Arayik Harutyunyan qanunsuz silahlı dəstələrin komandirlərini bir araya gətirərək, onlarla iclas keçirib. Məlumata görə, Harutyunyan “generallar”a bir sıra tapşırıqlar verib. Onlardan Qarabağın təhlükəsizliyini təmin etmək üçün ciddi addımların atılmasını istəyib. O qanunsuz silahlı dəstələrlə rus sülhməramlılarının funksiyalarının birləşdirilməsinin zəruri olduğunu da dilə gətirib. “Bütün müdafiə proqramları Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin funksiyaları ilə birləşdirilməlidir”.

JAMAZ.İNFO xəbər verir ki, bu gün həmçinin Qarabağdakı qondarma “parlament” də iclas keçirərək, Ermənistana ultimatum verib. Belə ki, həmin “iclas”da qəbul edilmiş “bəyanat”da bildirilib ki, Qarabağ erməniləri “müstəqillik”dən əl çəkməyəcəklər. “Biz tələb edirik: Ermənistan hakimiyyətindən indiki fəlakətli mövqelərindən əl çəkməlidir. Bütün dünya erməniləri birləşməli, Ermənistan tərəfi isə Ali Sovetinin 1992-ci il 8 iyul tarixli qərarından kənara çıxmamalıdır. Bundan başqa, ATƏT-in Minsk Qrupunun həmsədrləri digər fikir ayrılıqlarına baxmayaraq, Qarabağ münaqişəsinin həlli üçün yeganə beynəlxalq mandat formatını qoruyub saxlamağa səy göstərməlidirlər”.

Qeyd edək ki, son bir neçə gündə Qarabağdakı erməni separatçılarının fəallaşması bölgədə yeni təxribatların artacağından xəbər verir. Arayik Harutyunyanın quldur dəstələrinin başçılarını toplaması və onlara tapşırıqlar verməsi də bu təxribatlara hazırlığın son mərhələsi hesab oluna bilər. Onsuz də separatçılar əllərinə fürsət düşən kimi, Azərbaycan Ordusunun mövqelərini atəşə tutur, əsgərlərimizə qarşı təxribata əl atırlar. Lakin bu dəfə onlara hər hansı güzəştin olunacağı inandırıcı görünmür. Fərrux kəndi ətrafında baş verənlər də bunu təsdiq edir.

Qarabağdakı erməni separatçıları daha çox rus sülhməramlılarına güvənirlər. Ki, bu proses də özünü Fərrux dağı məsələsində doğrultmadı. Həmin vaxt Azərbaycan Ordusu verilən tapşırığı qüsursuz yerinə yetirərək, işğal altında olan bir neçə strateji nöqtəni azad etdi. Həmin vaxt rus sülhməramlılarının prosesə müdaxiləsi də heç bir effekt vermədi.

Görünən odur ki, Qarabağdakı separatçılar son akkordlarını vururlar. Lakin bu sonda öz erməni xislətlərindən irəli gələn iyrəncliyə əl ataraq, Ordumuza qarşı təxribata əl atmağa çalışırlar. Amma bunun onlara çox ağır başa gələcəyi şübhəsizdir. Çünki Ordumuz onları nə bağışlayacaq, nə güzəşt edəcək, nə də arxalarında dayanan rusların atacağı addımlara əhəmiyyət verəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button